Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lavrov Bakıya Qarabağ məsələsinə görə göndərilir
Lavrov Bakıya Qarabağ məsələsinə görə göndərilir
07 İyun 2014 / 22:53 / Baxış sayı: 66
Font1 Font2 Font3 Font4

“Dağlıq Qarabağla bağlı müzakirələrdə son nəticəyə məhz İlham Əliyev-Putin görüşündə gəlinəcək”.

Bu sözləri  politoloq Qabil Hüseynli Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya gözlənilən səfərini şərh edərkən deyib. O, Lavrovun Bakıya Putinin xüsusi təlimatı ilə gəldiyini bildirib:

“Lavrovun Bakıdakı görüşlərinin əsasını sırf Dağlıq Qarabağla bağlı mövzular tutacaq. Mən onunla danışıqları çox da asan hesab etmirəm. Onu Putinin təlimatlandırmağına baxmayaraq, Lavrovun ermənilərlə yaxın qohumluq əlaqələrinə malik olması danışıqlar prosesində müəyyən diplomatik fəndlərə əl atmasına səbəb ola bilər. Amma Azərbaycan siyasi rəhbərliyi Putinlə birbaşa təmaslarda olub və məhz ondan sonra danışıqlar prosesinə start verilib. Müzakirələrlə bağlı son nəticəyə isə məhz İlham Əliyev-Putin görüşündə gəlinəcək. Ona görə də Lavrovun səfəri zamanı Azərbaycan diplomatiyasını çətin sınaqlar gözləyir. Çox güman ki, bu danışıqlarda hər iki tərəf bir-birini üstələməyə çalışsın. Amma ehtiyatı hər zaman əlimizdə saxlamalıyıq. İndi elə bir situasiya yaranıb ki, hazırda kimsənin kimisə aldada bilməsi asan məsələ deyil. Ümumiyyələ, Lavrovun səfəri zamanı müəyyən nəticələr əldə ediləcək”.

Politoloq həmçinin Rusiyada silah alınmasına toxunub və bu prosesin davam edəcəyini bildirib.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun iyun 17-18-də Bakıya səfəri gözlənilir. Ekspertlər səfər zamanı Lavrovun Azərbaycan rəhbərliyi ilə Avrasiya İttifaqı və Dağlıq Qarabağı müzakirə edəcəyini bildirirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə