Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xan Şuşinski adına II respublika muğam festivalı keçiriləcəkdir
Xan Şuşinski adına II respublika muğam festivalı keçiriləcəkdir
09 İyun 2014 / 10:36 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi iyunun 11-dən 19-dək uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı keçirəcəkdir.
AzərTAc xəbər verir ki, muğam təhsilinin inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, eləcə də onların dəstəklənməsi məqsədilə təşkil ediləcək festivalda iştirak etmək üçün 250-yə yaxın şagird sənəd vermişdir. Festival bir turdan ibarət olmaqla 2 qrup üzrə Bakıda keçiriləcəkdir.
Festival iyunun 11-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində başlayacaqdır.
İştirakçılar muğam, xalq və bəstəkar mahnıları, zərb muğam ifa edəcəklər.
Festival iştirakçılarının çıxışlarını peşəkar xanəndələrdən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir.
Festivalın yekun konserti iyunun sonunda Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə