Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

KQB homoseksuallardan necə istifadə edib
KQB homoseksuallardan necə istifadə edib
09 İyun 2014 / 11:06 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Soyuq müharibə dövründə dünyanın ən qorxunc təşkilatı – KQB gey və lezbiyanların xidmətindən geninə-boluna istifadə edirdi. Xüsusi xidmət orqanlarına homoseksual agentlər vacib idi.

O vaxt SSRİ-nin cinayət məcəlləsində 121-ci maddə vardı. Uşaqbazlıq maddəsilə həbs olunanlar 5 ilədək həbs cəzası alırdı. KQB ilə əməkdaşlıq etməyə razı olanlar isə həm həbsdən yaxasını qurtarırdı, həm də istədiyi qədər homoseksual münasibətlərdə ola bilirdi. Belə qüdrətli himayəçi olan yerdə kim onlara toxuna bilərdi? Ancaq agenturaya hər geyi cəlb etmirdilər.  Yaraşıqlı xarici görkəm və düşüncə qabiliyyəti başlıca şərt idi.

Gecə əyləncələri

Sovet İtifaqına gələn əcnəbi siyasətçilərin, jurnalistlərin, iş adamlarının arasında xeyli homoseksual olurdu. Onları hər zaman kameraya çəkmək olmur, həm də əcnəbilər sovetlər ölkəsinə gələrkən ehtiyatlı olmaları barədə instruktaj edilirdi. KQB veteranı, yazıçı  Mixail Lyubimov müsahibələrinin birində sovet gey-agenturasının iş metodları barədə danışmışdı: “KQB hətta xaricdə belə geylər üçün xüsusi əyləncə gecələri təşkil edirdi. Belə tədbirlərin keçirilməsi üçün xeyli pul ayrılırdı. Bəs necə, təsəvvür edin, Fransada  əyləncə gecələrinin birində agenturamız Britaniya Hərbi Dəniz Qüvvələrinin zabiti Oskar Vassseli əməkdaşlığa cəlb edə bildilər. Əvvəlcə Vassel dirəniş göstərdi. Ancaq onun bizim gey agentimizlə yataq şəkillərini göstərdikdən sonra əməkdaşlığa razılıq verdi. Bilirdi ki, əks təqdirdə bu şəkillər onun komandanlığına, qohumlarına göndəriləcək. Bundan sonra Vassel düz 9 il KQB-yə çox qiymətli məlumatlar göndərdi.”

Digər KQB veteranı isə memuarlarında yazır ki, homoseksual kontakt üçün yalnız gey agenturadan istifadə edilmirdi. KQB məktəblərində gələcəyin kəşfiyyatçılarına öz bədənini idarə etməyi, seksual kontakta girməyi, izlənilən, maraq doğuran əcnəbiləri necə seks tələyə salmağın yolları öyrədilirdi. Bu o demək deyildi ki, zabitlərdən öz seksual oriyentasiyasını dəyişmək tələb olunur. Sadəcə real iş zamanı kəşfiyyatçı istənilən situasiyaya hazır olmalı idi. Lazım gəlsə vətən üçün homoseksual kontakta da getmək olardı.

Leborist əməliyyatı

Tom Drayberq Böyük Britanıya Parlamentinin leyboristlər partiyasının 1949-cu ildən 1974-ci ilədək  üzvü, tanınmış jurnalist idi. Ölkəsində çox məşhur olan bu şəxsin “zəif damar”ı haqda ətraflı məlumatlar vardı. Qalırdı bircə onu “verbovka” etmək. 1956- cı ildə Drayberq növbəti dəfə Moskvaya simpoziuma gəlir. Axşam vaxtı şəhərə gəzməyə çıxan Tom “Metropol” mehmanxanasının arxasındakı küçədə gəzişir. Bu vaxt onun nəzərini küçədəki ictimai ayaqyolu cəlb edir. Ayaqyoluna girəndə Drayberq tualetdə sevişən mavi cütlükləri görür. Çox keçmədən ingilis yaraşıqlı bir mavi ilə tanış olur. Bir neçə gün dalbadal bu gənclə “unudulmaz gecə” keçirən Tomu Britanıyaya qayıtdıqda sovet KQB-si tərəfindən şantaj olunur. Ona sevişdiyi gənclə yataq fotolarını göstərirlər. Beləliklə Drayberq əməkdaşlıq etməyə razı olur. Ona “Lepaj” kod adı verilir.

Məhz bundan sonra Drayberq Britaniya Parlamentində atom silahının yayılmaması, ləğv edilməsi olması istiqaməntində çıxışlar edir. “Bütün dünyada sülhün qoruması” ideyasını dəstəkləyən ən fəal siyasətçilərdən olur. Əlbəttə ki, KQB-nin təlimatı ilə.

Abşeron mehmanxanasında kef məclisi

Əcnəbiləri homoseksual kontakt vasitəsilə əməkdaşlığa cəlb etmək əməliyyatları Bakıda da keçirilirdi. 80-ci illərdə Azərbaycan paytaxtına neft sahəsində ixtisaslaşmış xeyli əcnəbi mütəxəssis gəlirdi. Onlardan biri, amerikalı gənc alim kəşfiyyatçıların diqqətini cəlb etmişdi. Azərbaycan KQB-si amerikalını tovlamaq üçin “İrakli” kod adlı agent təlimatlandırır. Bulvarda tanış olan cütlük “dincəlmək” üçün “Abşeron” mehmanxanasına gəlir. Burada “İrakli” amerikalını Şamaxı çaxırına qonaq edir. Yaxşıca şənlənirlər. Səhər tezdən ayılan amerikalı “İraklini”  yatağında tapmır. Br az keçmiş KQB əməliyyatçıları nömrəyə daxil olur və onunla “söhbət”aparırlar.  Amerikalıya yataq fotoşkilləri, həmçinin video çəkiliş göstərilir. Razılaşmaqdan başqa əlacı olmayan amerikalı 90-cı illərin əvvəlləri, yəni SSRİ dağılanadək sovet kəşfiyyatı ilə əməkdaşlıq edir.

Mavi desant

KQB  mavilərlə əməliyyatı təkcə SSRİ ərazisində keçirmirdi. Kubadan keçməklə Amerikaya yüzlərlə gey-agent göndərilirdi. Agentlər Amerikada “Venseromos” adlı sol təmayüllü təşkilat yaratmışdılar. Kuba prezidenti Fidel Kastro çıxışlarında daim “Venseromos” təşkilatını dəstəkləyir, onları Amerikada sülhün dayaqları adlandırırdı. Ancaq Sovet rəhbərliyi ilə şəxsi söhbətlərdə şikayətlənirdi ki, ABŞ-dakı solçu qrupların üzvlərinin əksəriyyəti ya narkomandı, ya mavi. Normal adam yoxdu. Fidel anlamamışdı ki, Amerika cəmiyyətini içəridən çürütmək istəyən KQB düşmən dövlət ərazisində mavilərin, lezbiyanların, narkomanların çoxalmasında maraqlıdır. Odur ki ABŞ-a göndərilən “mavi desant”ın ardı arası kəsilmirdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə