Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağ əlili aclıq aksiyası keçirdi – VİDEO
Qarabağ əlili aclıq aksiyası keçirdi – VİDEO
09 İyun 2014 / 11:42 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Bərdədə Qarabağ əlili artiq iki gündür ki, heç nə yemir. Aclıq aksiyasını da əlillərə verilən maşınlardan ona pay düşməməsilə əsaslandırır.

ANS TV-nin məlumatına görə, Bərdədə II qrup Qarabağ əlili aclıq aksiyası keçirir. İyunun 3-dən aksiyaya başlayan İlham Türbəndiyev ona Qarabağ əlilləri üçün nəzərdə tutulmuş pulsuz minik avtomobili verilməməsinə etiraz edir. İlham Türbəndiyev əslən Xocalı rayonundandır. 1991-ci ildən Bərdədəki 105 saylı peşə məktəbində məskunlaşıb. Qarabağ döyüşlərində cəbhənin Ağdam istiqamətində sol əlindən güllə yarası alıb. 4 övladı olan Qarabağ əlili dəfələrlə lazımi qurumlara müraciət etsə də, heç bir nəticə vermədiyini deyir.

Qarabağ əlili İlham Türbəndiyevin sözlərinə görə, onun sənədlərinə baxan yoxdur: “Mənə yazdıqları cavabda qeyd edirlər ki, avtomobil yalnız Qarabağ uğrunda döyüşlərdə iştirak edənlərə verilir. Sənədə baxan yoxdur. Bunlar araşdırma aparmırlar ki, mən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm”.

İlham Türbəndiyev dabanlarını da don vurduğunu deyir. Son dəfə isə Qarabağ əlili Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun qəbulunda olub.

İlham Türbəndiyev deyir ki, “Nazir məni dinlədi. Sonra Saday müəllim üzünü tutub dedi, bu nə məsələdir. Cavabında isə Saday müəllim nazirə bildirdi ki, bunun xəsarəti yüngüldür. Mən xəsarətimi cənab nazirə göstərdim. Nazir isə sənədlərimin yenidən araşdırılması barədə göstəriş verdi”.

Bu ərəfədə Bərdə Şəhər Poliklinikasının həkimləri də əlilin səhhətini yoxlamaq məqsədilə onun məskunlaşdığı ünvana gəldilər.

Həkim Camal Namazov qeyd etdi ki, biraz başında ağrıları var: “Belə ki, bir neçə gündür aclıq elan etdiyinə görə başında ağrılar var. Yoxlamışıq, eyni zamanda müayinədən keçirmişik, səhhəti barədə ciddi bir narahatçılıq yoxdur”.

Məsələ ilə bağlı Bərdə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası ilə əlaqə saxladıq. Komissiyadan bildirdilər ki, İlham Türbəndiyev iki dəfə, 2011 və 2013-cü ildə Respublika Tibbi-Sosial Ekspert Mərkəzində müayinə olunub. Hər iki yoxlamada Qarabağ əlilində əlillərin xüsusi avtomobil və motorlu araba ilə təmin olunması qaydaları haqqında təlimatda göstərilən 28 xəstəlikdən heç biri aşkar olunmayıb. 21 saylı Tibbi-Sosial Ekspert Komissiyasından onu da bildirdilər ki, dabanlarını don vurması ilə bağlı şikayətə gəldikdə isə İlham Türbəndiyev yenidən mərkəzdə müayinədən keçə bilər. Bundan sonra əgər tibbi göstəriş verilərsə, avtomobil növbəsinə duracaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə