Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elman Abdullayev səfir göndərildi
Elman Abdullayev səfir göndərildi
09 İyun 2014 / 12:26 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

“Bu qərarı ancaq ölkə başçısı verə bilər”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman AbdullayevEfiopiya Federal Demokratik Respublikasına səfir göndərilir.

arxiv.bizimxeber.az   xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Məlumata görə, E.Abdullayevin artıq aqremanı alınıb. Yaxın vaxtlarda onun səfir kimi fəaliyyət göstərəcəyi gözlənilir.

Bununla bağlı hər hansı rəsmi məlumat verilmir.

Qeyd edək ki, Efiopiya Afrikanın ən qədim dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olub.

Əhalinin 50,6 faizini miafizit xristianlar, 10,2 faizini protestant xristianlar, 32,8 faizini müsəlmanlar, 4,6 faizini aborigen mədəniyyətlilər, 1,8 faizini digərləri təşkil edir.

Efiopiyada 82 dildə danışan müxtəlif xalqlar və tayfalar yaşayır.

Elman Abdullayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, belə bir təyinat prezident İlham Əliyevin müstəsna səlahiyyətidir:

“Bu qərarı ancaq ölkə başçısı verə bilər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə