Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elşad İskəndərova yeni vəzifə verildi
Elşad İskəndərova yeni vəzifə verildi
09 İyun 2014 / 12:45 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Milli.Az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, Elşad İskəndərov Xarici İşlər Nazirliyində idarə rəisi təyin olunub. Qeyd edək ki, mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov vəzifəsindən azad olunmuşdu. O, son dövrlər Azərbaycan mətbuatında nurçuluqda ittiham olunan əsas şəxslərdən biri idi. Vəzifəsindən azad olunandan bir neçə gün sonra E. İskəndərov Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edilmişdi.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün E. İskəndərovun özü ilə də əlaqə saxlayıb. O, XİN-də idarə rəisi vəzifəsinə təyin olunduğunu təsdiqləyib. Lakin idarənin adını açıqlamaq istəməyib:

“Nazirlə məsləhətləşdikdən sonra açıqlama verə bilərəm. Hələ ki, danışmaq istəmirəm”.

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bu barədə məlumatsız olduğunu bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə