Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda borc üstündə kütləvi dava
Bakıda borc üstündə kütləvi dava
09 İyun 2014 / 13:20 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Ötən həftəsonu Bakının Yasamal rayonu ərazisində, “İnşaatçılar” metrosunun yaxınlığında kütləvi dava olub. Dava şənbə günü 22 radələrində baş verib. Metronun giriş-çıxışında insanlar arasında toqquşma baş verib.

Davada üç nəfər taksi sürücüsü, ana-bala və onların qohumu münasibətlərini aydınlaşdırıblar. Ananın sözlərinə görə, oğlunun bir taksi sürücüsündən 900 manat borcunu geri tələb etməsi oradakılarn xoşuna gəlməyib və bu səbəbdən sözləri çəp gələrək dava yaranıb.

İlk öncə sürücülərin biri ilə əlbəyaxaya çıxan oğul bir neçə zərbə aldıqdan sonra araya ana və onların qohumu girib. Digər iki sürücü isə dostlarının döyüldüyünü görüb davaya qoşulub.

Bir müddət sonra sürücülər öz avtomobillərinə minərək oradan uzaqlaşıblar.

Hadisə yerinə iki patrul və bir təcili tibbi yardım maşınları cəlb olunublar.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə