Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rauf Mirqədirov bəyanat yaydı
Rauf Mirqədirov bəyanat yaydı
10 İyun 2014 / 16:03 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Bəyanat jurnalistin vəkili Elmar Süleymanov tərəfindən mətbuata yayılıb

Həbsdə olan jurnalist Rauf Mirqədirov bəyanat yayıb. Bunu ANS PRESS-ə R.Mirqədirovun vəkili Elmar Süleymanov deyib.

Bəyanatda deyilir:

“Məni Türkiyə Cümhuriyyəti ərazisində vəkil xidmətlərindən istifadə hüququndan məhrum edən qərar Avropa Şurasının coğrafi məkanında görünməmiş bir hadisədir.

Nəzərinizə çatdırmaq istərdim ki, prokurorluq və mənim məhkəmə iclasında iştirakımı təmin etməkdən boyun qaçıran hakim bu qərarı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədarətinin və prezident İlham Əliyevin Strasburqa Avropa Şurası PA-nın növbəti sessiyasında iştirak etmək üçün səfəri ərəfəsində verilmişdir.

Düşünürəm ki, prokurorluğun və hakimin bu qərarı və hərəkətləri Azərbaycanın milli dövlət maraqları baxımından araşdırılmalı və layiqincə dəyərləndirilməlidir”.

Xatırladaq ki, jurnalist Rauf Mirqədirov “Dövlətə xəyanət” ittihamı ilə həbs edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə