Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Naxçıvan cəbhəsindən ziddiyyətli xəbərlər
Naxçıvan cəbhəsindən ziddiyyətli xəbərlər
11 İyun 2014 / 16:47 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Naxçıvanda əsgərlər arxa cəbhədən yüksəklikdəki döyüş bölgələrinə qaldırılıblar. Simsar.az-ın Naxçıvandakı hərbi mənbədən əldə etdiyi məlumata görə, artıq bir həftədir ki, bütün əsgərlər həmin yüksəkliklərdə möhkəmləndiriliblər. Buna səbəb ermənilərin intensiv olaraq mövqelərimizi atəşə tutması və boşluq axtarmasıdır. Hərbi mənbə ermənilərin Naxçıvana hücum etməsi faktını da təsdiqləyib. Bildirilib ki, əgər ermənilər döyüş bölgəsində boşluq tapsalar, Naxçıvana hücum edəcəklər. Lakin əsgərlərimiz hələ ki, onların bu arzusunu ürəyində qoyub.

Ermənilərin nədən bu qədər fəallaşmasına da aydınlıq gətirilib. Əsas səbəb ötən həftənin cümə axşamı Azərbaycan tərəfinə diversiya qrupu ilə keçməyə cəhd edən erməni hərbçilərindən 2-sinin öldürülməsi olub.

Hazırda Sədərək, Culfa və Şahbuz rayonlarındakı döyüş bölgələrində qızğın döyüşlər gedir. Ermənilər mövqelərimizi iri çaplı pulemyotlardan atəşə tutsa da, əsgərlərimiz onların cavablarını verirlər. Atışma zamanı yaralananların olması istisna edilmir.

Məlumatda bildirilib ki, xidmət müddəti başa çatmış əsgərlər buna görə evə gec buraxılacaq: “Hələ ki, vəziyyət gərgindir, bu vəziyyətdə təcrübəli əsgərləri evə buraxmaq olmaz”.

Qeyd edək ki, bu gün Culfa rayonunun Ləkətağ kənd sakinləri Simsar.az-a ermənilərin hücuma keçməsi xəbərini veriblər.

Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ləkətağ kəndinin ermənilər tərəfindən atəşə tutulmasına aydınlıq gətirib. “Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”. Bu  barədə Simsar.az-ın sorğusuna cavab olaraq Nazirlikdən məlumat verilib. Bildirilib ki, hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ləkətağ kənd sakinlərinin Simsar.az-a verdiyi məlumata görə, ermənilər rayonun Ləkətağ kəndini atəşə tutublar. Verilən xəbərə görə, kənd sakinləri qonşu kəndlərə köçmək məcburiyyətində qalıblar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə