Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Malena Mard: Azərbaycanla yeni hüquqi bazanın yaradılmasına ehtiyac var
Malena Mard: Azərbaycanla yeni hüquqi bazanın yaradılmasına ehtiyac var
12 İyun 2014 / 14:23 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Bu gün daha yaxın münasibətlərimiz var”.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri zamanı demokratiya, insan haqları, qanunun aliliyi barədə müzakirələr aparılacaq. 

Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir MalenaMard deyib.

M.Mard bildirib ki, AK prezidentinin səfərinin məqsədi ikitərəfli münasibətləri və mövcud olan gündəliyi daha effektiv şəkildə davam etdirmək, Aİ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə etməkdir:

“Ümid edirəm ki, Azərbaycanla yeni hüquqi baza üçün müəyyən razılaşmalar imzalanacaq. Borrozo həm də Ukrayna, Gürcüstan və Moldova ilə imzalanacaq sazişin vacibliyini Azərbaycana səfəri zamanı vurğulayacaq. Siyasi münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün Aİ ilə Azərbaycan arasında bir saziş imzalanması nəzərdə tutulub. Barrozonun səfəri zamanı bu saziş də müzakirə olunacaq. Ümid edirik ki, gələn ay bu müzakirələr yekunlaşacaq”.

M.Mard qeyd edib ki, Azərbaycan Aİ ilə münasibətlərini daha da möhkəmləndirmək istəyir:

“Bu gün Azərbaycanla daha yaxın münasibətlərimiz var, ticarət sahəsində əməkdaşlığımız inkişaf edib, ona görə də bizim yeni hüquqi bazanın yaradılmasına ehtiyacımız var”.

Xatırladaq ki, AK prezidenti Joze Manuel Barrozo sabah Azərbaycana gələcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə