Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baytarlıq Təchizatı Birliyi işçilərin maaşını niyə vermir?
Baytarlıq Təchizatı Birliyi işçilərin maaşını niyə vermir?
13 İyun 2014 / 14:25 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

Bir neçə ay əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Baytarlıq Təchizatı Birliyinin (BTB) vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma aparılaraq cinayət işi başlanmışdı.

Hesablama Palatasının materialından məlum olurdu ki, BTB-nin vəzifəli şəxsləri 2012-2013-cü illərdə baytarlıq apteklərində çalışan işçilərin adlarına olan əməkhaqqı kartlarını özlərində saxlayaraq ümumilikdə 214.0 min manat pulu mənimsəyiblər.
Nəticədə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) möhtəbər mənbədən daxil olan məlumata görə uzun illər BTB-nin rəisi keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun baldızı oğlu Cavid Hadiyev olub. Və Hesablama Palatasının materialında qeyd olunan “2012-1013-cü illərdə 214 min manat mənimsənilib” məsələsi düzgün deyil. Çünki 2012-2013- cü illərdə deyil, son 8 ildə bircə nəfər işçi də BTB-dən əmək haqqı almayıb. Yəni 8 ildə təxminən 1 milyon manata yaxın əmək haqqı mənimsənilib. Görəsən, Hesablama Palatası məsələni niyə sonadək araşdırmayıb və üzdən keçib?

Mənbə bildirir ki, həmin pullar birbaşa keçmiş nazir İsmət Abbasova çatıb.

Həmin dövrdə BTB-nin 100-ə yaxın işçisinin təkcə əmək haqqı mənimsənilməyib, digər əmək hüquqları da pozulub.
Yeni nazir Heydər Əsədov vəzifəyə gələndə 2 ay BTB-nin işçilərinə əmək haqqı verilsə də son 6 ayda yenə köhnə qaydalar işə düşüb. Və yarım ildir ki, qurumda heç kim əmək haqqı almır.

Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) əməkdaşı BTB-nin rəisi Müşfiq Alıyevlə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş edib. Nə qədər təəccüblü olsa da rəis 100-ə yaxın işçisinin 6 aydır maaş almadığını təsdiqləyib.
Görəsən, cənab nazir Heydər Əsədovun bu barədə məlumatı varmı?
Axı, 6 ay 100-ə yaxın işçiyə əmək haqqı verməmək cinayətdir…

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

arxiv.bizimxeber.az



Baytarlıq Təchizatı Birliyi işçilərin maaşını niyə vermir? yazısına 5 şərh yazıldı




Yuxarı Geri Ana səhifə