Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir məşhur müğənni Qarabağda konsert verəcək
Daha bir məşhur müğənni Qarabağda konsert verəcək
13 İyun 2014 / 14:35 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İtaliyanın dünya şöhrətli vokal ifaçısı Roberto Loretti iyunun 19-da Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndidə konsert proqramı ilə çıxış edəcək.

Loretti konsertdə Rusiyanın Nijni Novqorod şəhərində yaşayan 12 yaşlı erməni əsilli tələbəsi Feliks Karamyanla birlikdə çıxış edəcək. Karamyanın babası və nənəsi əslən Xankəndindəndir.

Konserti İtaliyanın Rusiyada xəz və dəri salonları şəbəkəsinə malik “İVAGİO” şirkəti təşkil edir.

Xatırladaq ki, 67 yaşlı Roberto Loretti iki dəfə Azərbaycanda da olub. 2011-ci il fevralın 13-də Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib. 2012-ci il noyabrın 25-də isə növbəti dəfə ölkəmziə təşrif buyuraraq Azərbaycan Yaradıcı Gənclər Forumunun II-ci qurultayında qonaq qismində iştirak edib, Bakıda master-klas keçib.

Bakıda xoş münasibət görmüş əfsanəvi italyan müğənnisinin Azərbaycanın işğal altındakı torpaqlarına gedərək ermənilərin məclisində iştirak etməsi və konsertə hazırlaşması başadüşülən deyil…  Görəsən, onun adı Azərbaycan XİN-in “qara siyahısı”na salınacaqmı?…
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə