Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlyas İsmayılov Milli Məslis Aparatını saxtakarlıqda ittiham etdi
İlyas İsmayılov Milli Məslis Aparatını saxtakarlıqda ittiham etdi
13 İyun 2014 / 15:12 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov Azərbaycan Respublikası  Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyevə məktub göndərib.

arxiv.bizimxeber.az Virtualaz.org-a  istinadən bildirir ki,  pariyanın mətbuat xidmətinin  məktubunda deyilir:

“Hörmətli Səfa müəllim!

Milli Məclisin 14 mart 2014-cü il tarixində keçirilmiş iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildəki fəaliyyəti haqqında hesabatı müzakirə edilmişdi.

İclasa Milli Məclisin sədri Oqtay Əsədov sədrlik etmişdi.

Mənim çıxışımdan sonra Oqtay Əsədov demişdi: “İlyas müəllim, belə çıxır ki, qalın bir kitabdan ibarət olan hökumətin illik fəaliyyətində müsbət heç nə görmədiniz. Ancaq səhv tutdunuz”.

Mən də onun səsləndirdiyi fikirlərin cavabında demişdim: “Bu mənim öz fikrimdir, mənim çıxışıma irad tuta bilməzsiniz. Öz işinizi görün!”

Oqtay Əsədov isə demişdi: “İrad tutaram, o yana da keçərəm! Bu nə danışıqdır? Günah bizdədir ki, sənin kimisinə şərait yaradırıq, çıxıb danışıb belə hörmətsizlik edirsən”.

Mən onun bu cür qeyri-etik sözlərinin cavabında bildirmişdim: “Siz kimsiniz ki, mənimlə belə danışırsınız?! Mən deputatam və çıxışıma müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur”.

Sonra spiker mənim sözümü kəsərək növbəti mədəniyyətdənkənar ifadələrə yol vermişdi: “Bir özünə hörmət qoy. Adama hörmət göstərəndə həddini aşmaz! Heç

olmasa özünə hörmət qoy!”

Daha sonra Oqtay Əsədov mənim mikrofonumu söndürərək digər deputata söz vermişdi.

Bütün bu baş verənlər ölkə mətbuatında da geniş işıqlandırılmışdı.

Amma Sizin rəhbərlik etdiyiniz Milli Məclis Aparatının Redaksiya və nəşr işləri şöbəsində hazırlanmış həmin iclasların protokolları və stenoqramlarının əks olunduğu 54-cü cildin 67-ci səhifəsində mənim çıxışımdan sonra yaşanmış sözügedən hadisə ilə bağlı hissənin stenoqramı  aşağıdakı kimi verilib.

Sədrlik edən: “Sağ olun. Amma İlyas müəllim, bu boyda hesabatda bir müsbət istiqamət görmədiniz də.”

Yerdən: (Eşidilmir.)

Sədrlik edən: “Mən sizə irad tutmuram, sualınıza cavab verirəm.”

Yerdən: (Eşidilmir.)

Sədrlik edən: “İxtiyarım da var”.

Yerdən: (Eşidilmir.)

Sədrlik edən: “Sizin ixtiyarınız yoxdur belə danışmağa. Siz danışdınız, biz qulaq asdıq. Göydən düşməmisiniz, biz Sizə qulaq asdıq, Siz də qulaq asın, dözümünüz olsun. Hər bur adam biraz özünə fikir verməli, başqalarına hörmət etməlidir. Mən sizin bir sözünüzü kəsmədim. Günah sizdədir ki, belə imkan tapıb danışırsınız.”. 

Xahiş edirəm bu saxtakarlığa aydınlıq gətirəsiniz və protokola müvafiq düzəlişlər edərək bu biabırçı hala yol verənləri cəzalandırasınız”.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə