Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaradağda Milli Qurtuluş günü qeyd olundu
Qaradağda Milli Qurtuluş günü qeyd olundu
13 İyun 2014 / 15:17 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

“15 iyun Xaosun sonu-Milli Qurtuluşun başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib.

 İyunun 13-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “15 iyun Xaosun sonu-Milli Qurtuluşun başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib. 

İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, tarix elmləri doktoru Anar İsgəndərov, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru Elşad Səmədzadə, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bu günün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edərək, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dövlətçilik ənənələrinin bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqının təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən dönüş nöqtəsi oldu. Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. 15 iyun-Milli Qurtuluş günü ulu öndər Heydər Əliyevin bütünlüklə xalqı azrəbaycançılıq ideyası ətrafında birləşdirməsinin bariz sübutu oldu. Məhz Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu.
Digər natiqlər də öz çıxışlarında o dövrdə xaos və anarxiya nəticəsində dövlətçiliyimizin itirilmək təhlükəsinin olduğu fikrini səsləndirdilər. Qeyd edildi ki, Ölkənin hər bir tərəfindən fəallaşan silahlı dəstələr yenicə müstəqillik əldə etmiş dövlətimizi parçalamaq niyyətindəydilər. Lakin xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev xalqına arxalanaraq müəyyən daxili və xarici qüvvələrin Azərbaycan dövlətçiliyini məhv etmək, ölkəni parçalamaq, vətəndaş qarşıdurması yaratmaq kimi cəhdlərinin qarşısını  qətiyyətlə aldı. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. Nizami ordu quruculuğuna başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. Ölkənin ictimai-siyasi, siyasi-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsl dönüş yarandı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanması ilə yeni neft strategiyasının həyata keçirilməsinə başlandı, aparılan iqtisadi islahatlar nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərqərar edildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda rayonun ictimai-siyasi və mədəni kütləvi həyatında fəal iştirakına görə 7 yeddi nəfərə hədiyyələr, həmçinin Yeni Azərbaycan Partiyasının  sıralarına yeni üzv olanlara YAP biletləri təqdim olundu.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə