Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident 7 naziri istefaya göndərdi
Prezident 7 naziri istefaya göndərdi
13 İyun 2014 / 15:50 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İyunun 13-də Cənubi Koreya prezidenti Pak Kın He hökumətdə kəskin dəyişiklik edib.

“Media forum” saytının məlumatına görə, prezident baş nazirin iqtisadi məsələlər üzrə müavini, təhsil naziri, əmək və məşğulluq naziri, mədəniyyət naziri, elm naziri, ailə və gender bərabərliyi məsələləri naziri, təhlükəsizlik və ictimai administrasiya naziri postlarına yeni şəxslər təyin edib.

Dövlət başçısının bir gün əvvəl siyasi işlər, sosial məsələlər, iqtisadiyyat, təhsil və mədəniyyət üzrə köməkçilərini dəyişdiyi də xəbər verilir.

Xatırladaq ki, bu il aprelin 16-da Cənubi Koreyada “Sevol” sərnişin gəmisi qəzaya uğrayıb. Gəmi qəzasında əksəriyyəti məktəbli olmaqla 292 nəfər ölüb. Bu işə görə 20-dən çox rəsmi həbs edilib.  Baş nazir Çon Xon Von istefa verib. Bu həftə Cənubi Koreya prezidenti baş nazir postuna jurnalist Mun Çan Qıkı təyin edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə