Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gün ərzində 3-cü avtobus qəzası: yaralı var
Gün ərzində 3-cü avtobus qəzası: yaralı var
13 İyun 2014 / 16:11 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Bakıda bu gün daha bir avtobus qəzası baş verib.

Hadisə şahidləri milli.az-a məlumat verirlər ki, saat 13 radələrində Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasının qarşısında iki avtobus toqquşub.

Qəza zamanı 23 saylı 90 NP 166 dövlət nömrə nişanlı və 22 saylı 90 RB 266 nömrəli sərnişin avtobusları bir-birinə çırpılıb.

Qəza nəticəsində 22 saylı avtobusda olan qadın sərnişin xəsarət alıb və təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə şahidləri deyirlər ki, 23 saylı avtobuslar pis idarə olunur. Həmin avtobusların sürücüləri 22, 35, 40 saylı avtobusları ötüb keçmək üçün yüksək sürətlə idarə edir və sərnişinləri təhlükəyə atırlar.

Bu, Bakıda bu gün qeydə alınan sayca 3-cü avtobus qəzasıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə