Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Paytaxtın nəqliyyat problemi həll olunmaqdadır…
Paytaxtın nəqliyyat problemi həll olunmaqdadır…
13 İyun 2014 / 18:08 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Paytaxtın nəqliyyat problemini həll etmək üçün bir neçə dövlət qurumu səfərbər olub.

ANS TV-nin məlumatına görə, Nəqliyyat Nazirliyi Bakı şəhərinin parklanma strategiyasını hazırlayıb. Sənəddə bu sahədə olan problemlərin həlli yolları əks olunub. Bu haqda “Xəzər Beynəlxalq yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həll yolları” konfransında Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin sektor müdiri Heydər Turabov deyib ki, strategiya Bakıda 71 parkinq ərazisinin tikintisini nəzərdə tutur. Proqramda paytaxt üç parkinq zonasına bölünüb və zona üçün parklanmanın növləri, yerləri müəyyənləşdirilib.

Bundan başqa Bakıda nəqliyyat problemlərinin aradan qaldırılmasına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı hazırlanır. Proqramda mövcud yolların yenidən qurulması və yeni yolların tikilməsi, yeraltı və yerüstü piyada keçidlərinin inşası, yeni avtomobil qovşaqlarının tikilməsi və digər məsələlər öz əksini tapıb.

Nəqliyyat Nazirliyinin açıqlamasına görə, ümumilikdə 2007-2013-cü illər ərzində Azərbaycanın nəqliyyat sektoruna 14,5 milyard dollar investisiya qoyulub. İnvestisiyaların ümumi həcmindən təxminən 12 milyardı yol-nəqliyyat infrastrukturunun inkişafına yatırılıb.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə