Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şeyxdən İraq açıqlaması
Şeyxdən İraq açıqlaması
14 İyun 2014 / 11:18 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının İraqda apardığı qanlı zorakılıqlara münasibət bildirib.

ANS TV-nin məlumatına görə, Şeyx vurğulayıb ki, qruplaşma din uğrunda döyüşmür, onlar siyasət girovlarıdır:

“Hər hansı müsəlman, özünə müsəlman deyərək bir qardaşının və insanın qanını tökürsə, bu adam kafirdir. Bu gün dünyada din pərdəsi altında törədilən zorakılıq üstünlük təşkil edir. Hazırda Suriyada, İraqda, Kərkükdə, Mosulda öldürülən insanlar haqsız yerə qətlə yetirilir. Təbii ki, buna görə Allah onların cəzasını verəcək”.

Qeyd edək ki, İraqda yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraqa getməməyi məsləhət görüb.

Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev hazırda İraqda ölkə vətəndaşlarının olub-olmadığını araşdırdıqlarını da bildirib.

Xatırladaq ki, terrorçu qruplaşma adlandırılan İŞİD bir neçə İraq şəhərini nəzarəti altına alıb. Terrorçu qruplaşma şiə təriqətindən olan müsəlmanlara qarşı amansız olacağını bəyan edib.
arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə