Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obama: “ABŞ İraqa kömək edər, amma qoşunlar ora qayıtmaz”
Obama: “ABŞ İraqa kömək edər, amma qoşunlar ora qayıtmaz”
14 İyun 2014 / 12:11 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Barak Obama Amerika hakimiyyətinin İraqda islamçılarla bir neçə mübarizə variantını nəzərdən keçirdiyini, lakin yenidən ora öz qoşunlarını göndərmək niyyətində olmadığını bildirib.   “ABŞ, iraqlıların özləri tərəfindən siyasi plan hazırlanmadan, ABŞ İraqda yeni hərbi əməliyyatlara qarımağa hazırlaşmır”, – Obama jurnalistlərə deyib.   Prezidentin sözlərinə görə, İraqda zorakılıq dalğasının qalxması bütün region üçün ciddi problem kəsb edir, onun həllinə çox vaxt tələb oluna bilər.   Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Obama böhrandan çıxmaq üçün ölkə liderlərini aralarında olan ziddiyyətləri aradan qaldırmağa çağırıb.

Associated Ptess-in Obamanın administrasiyasındakı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ İraqda pilotsuz və idarə olunan təyyarələrdən havadan zərbələr endirmək imkanlarını nəzərdən keçirir.   Bundan başqa, o cümlədən peyk vasitəsilə, daha miqyaslı kəşfiyyat məlumatlarının toplanmasına başlanıla bilər. ABŞ eləcə də İraq hakimiyyətinə maliyyə və hərbi yardımların artırılmasını planlaşdırır.

Obama qeyd edib ki, onun İraqda tətbiq edə biləcəyi hər hansı hərbi tədbirlər birbaşa və dəqiq olmalı və diplomatik səylərlə müşayiət olunmalıdı. İslamçılara qarşı tədbirlər İraqda aktiv fəaliyyət göstərən “İraq və Şam İslam Dövləti” (İSİD) cihad qruplaşması, ABŞ prezidentinin sözlərinə görə, bu gün tək İraq əhalisinə deyil, ümumən amerika maraqlarına da təhlükə yaradır.

Daha əvvəl Obama Avstraliyanın baş naziri Tony Abbot-la görüşün yekunları üzrə bəyanatında qeyd edib ki, ABŞ administrasiyası istəməzdi ki cihadçıların İraqda yaxud Suriyada daimi məskən sala bilsinlər. Obama bu həftə silahlı İSİD ekstremistlərinin Mosul şəhərini ələ keçirib Tikritə hücum etdikləri ilə bağlı ölkədə hadisələrin inkifafından narahatdır.   Yerli hakimiyyət sabiq ölkə prezidenti Səddan Hüseynin vətəni Tikritin bəzi rayonları silahlıların nəzarəti altına alındığını bəyan edib.   Həmçinin Bağdadın 125 kilometrliyində yerləşən Samarra şəhəri ətrafında döyüşlər getdiyi haqqında məlumatlar alınır.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə