Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ukrayna ordusu 7 silah karvanını məhv edib
Ukrayna ordusu 7 silah karvanını məhv edib
15 İyun 2014 / 11:49 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ukrayna prezidenti Pyotr Poroşenko xalqa müraciət edib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, Poroşenko müraciətində bəyan edib ki, Ukrayna ordusunun ölkənin şərqində hücuma keçməsi nəticəsində 11 yaşayış məntəqəsi separatçılardan azad olunub, 7 silah karvanı məhv edilib.

“Luqansk və Donetsk vilayətlərinin bir çox yaşayış məntəqələrində muzdlu silahlıların fəaliyyətinə son qoyulub. 11 yaşayış məntəqəsi separatçılardan təmizlənib. Son sutka ərzində ölkə ərazisinə daxil olmağa cəhd edən silah-sursatla dolu 7 avtomobil karvanı, bir neçə tank, BTR, reaktiv yaylım atəş sistemi məhv edilib. İyunun 14-də isə bizim hərbçilər daha bir “Qrad” reaktiv yaylım atəş sistemini ələ keçiriblər”, deyə Poroşenko bildirib.

“Siz bilməlisiniz ki, Ukrayna ordusu bu gün ilk dəfə əks-hücuma keçib. Bizim qoşunlar terrorçuları sıxışdırmağa başlayıb. Mən Silahlı Qüvvələrin qarşısında bir nömrəli vəzifə kimi  Ukraynanın dövlət sərhədini tam nəzarətə götürməyi qoymuşam. Terrorçular silah, texnika, dəstək və pulu məhz sərhəddən alırlar. Keçirilən əməliyyat çərçivəsində yalnız son 4 gün ərzində Mariupolda sülh və asayiş bərpa olunub,  dövlət sərhədinin 248 km sahəsi nəzarətə alınıb”, deyə Ukrayna prezidenti qeyd edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə