Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İŞİD-dən qaçan İraq əsgərləri ilk dəfə danışdı
İŞİD-dən qaçan İraq əsgərləri ilk dəfə danışdı
16 İyun 2014 / 10:39 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Mosulu İŞİD-ə təslim etməkdə günahlandırılan İraq əsgərləri ilk dəfə olayla bağlı açıqlama veriblər.

arxiv.bizimxeber.az  xəbər verir ki, iraqlı əsgərlər dəstək tələb etdiklərini, ancaq yardım gəlməyincə qaçmağa məcbur olduqlarını bildiriblər.  Əsgərlər 5 gün döyüşdüklərini bildiriblər:

“Tam 5 gün döyüşdük. Bu müddətin sonunda qüvvələrimiz tükəndi. Dəstək istədik, amma gəlmədi. Silah-sursat göndərin dedik, o da gəlmədi. Belə necə davam edə bilərdik ki? Bağdadlı komandirlər bizi orada buraxdı, qaçıb getdi”.

Qeyd edək ki, əsgərlər Mosuldan qaçdıqdan sonra silahlarını şimaldakı kürd rəhbərliyinə təhvil vermişdilər. Yaşadıqları düşərgədə hələ nə olduğunu tam olaraq anlaya bilmədiklərini söyləyirlər. Əsgərlərin qəzəbinin hədəfində isə İraq Baş naziri Nuru Əl-Maliki durur.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə