Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Skakov: Nazarbayev Qarabağla bağlı qəsdən bazarlıq edir
Skakov: Nazarbayev Qarabağla bağlı qəsdən bazarlıq edir
16 İyun 2014 / 10:50 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Moskva əlindən gələni edir ki, Nazarbayev Qarabağla Ermənistan arasında gömrük keçid məntəqələrinin olması fikrindən əl çəksin”. 

arxiv.bizimxeber.az  xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Aleksandr Skakov çıxış edib.  O, Azərbaycana Avrasiya İttifaqına üzvlüklə bağlı edilən təklifin sadəcə şərti xarakter daşıdığını bildirib:

“Azərbaycanın Avrasiya İttifaqına üzv olması ilə bağlı edilən təklif sadəcə şərti xarakter daşıyır. Onsuz da hər kəs bilir ki, Azərbaycan bu təşkilata qoşulmayacaq. Rusiya ilə digər ərazilər arasında gömrük məntəqələrinin quraşdırılması anlayışına heç nəzər yetirmək lazım deyil. Ona görə də Qarabağ, Abxaziya, Cənubi Osetiya və hətta Krımı da yaddan çıxarmaq lazımdır. Bu, müqavilələrdə müəyyən edilməsi mümkün olmayan reallıqdır. Məncə, Nazarbayev qəsdən bazarlıq etməyə cəhd göstərir. Moskva hər şey edəcək ki, Nazarbayev öz şərtindən dönsün. Əgər Qarabağ məsələsi qaldırılsa, o zaman bu, bütün inteqrasiya təşəbbüslərinin məhvinə gətirib çıxaracaq”.

Qeyd edək ki, Avrasiya İttifaqının təsis konfransında çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanı yalnız hüquqi sərhədləri çərçivəsində təşkilata qəbul edə biləcəklərini söyləmişdi. O, buna görə İlham Əliyevdən rica məktubu aldığını da bildirmişdi.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə