Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə və İran ABŞ-a xəbərdarlıq etdi
Türkiyə və İran ABŞ-a xəbərdarlıq etdi
16 İyun 2014 / 12:16 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

“Nə ABŞ, nə də İraq hökuməti Mosulda hansısa əməliyyat həyata keçirməyə cəhd etməsin”.

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ senatoru Co Bayden ilə telefon danışığı zamanı Vaşinqtona xəbərdarlıq edib. Ərdoğan bildirib ki, ABŞ və İraq hökumətinin İŞİD-ə qarşı hansısa əməliyyat həyata keçirərək girov götürülən Türkiyə vətəndaşlarının həyatını təhlükəyə atmağa ixtiyarı yoxdur.

Co Bayden isə Ərdoğandan Türkiyə Silahlı Qüvvələrinin İraqda əməliyyat keçirib-keçirməyəcəyi barədə soruşub. Baş nazir Türkiyənin hazırda İraqda baş verənlərlə bağlı soyuqqanlı addımlar atmağa çalışdığını, bölgədən mütəmadi kəşfiyyat məlumatlar aldıqlarını deyib.
Ərdoğan bildirib ki, ABŞ İraqla bağlı atacağı hər addımdan Türkiyəni xəbərdar etməlidir.

İran prezidenti Həsən Ruhani də Birləşmiş Ştatlara xəbərdarlıq edib. O, bildirib ki, ABŞ-ın İraqdakı hadisələrə müdaxilə etməsi həm İraqı, həm də regionu çətin vəziyyə salacaq.

Xatırladaq ki, İraq Şam İslam Dövləti İraqın bir neçə şəhərini ələ keçirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə