Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilər NATO PA-nın Bakıda keçirilən seminarını pozmaq istədilər
Ermənilər NATO PA-nın Bakıda keçirilən seminarını pozmaq istədilər
16 İyun 2014 / 12:44 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ermənistan nümayəndə heyəti NATO PA-nın Bakıda keçirilən 86-cı Rouz-Rout seminarında səsləndirilən faktlara dözümsüz yanaşaraq tədbirin gedişatını pozmağa, müzakirələrin mövzusunu yayındırmağa cəhd edib.

Siyavuş Novruzov: “Kaliforniyada Dağlıq Qarabağdakından da çox erməni yaşayırsa, orada da əlavə erməni dövləti yaradılmalıdır?”

APA-nın məlumatına görə, iclasda əvvəlcə LİNKS Təhlili və Oksford Universitetinin direktoru Dennis Sammut çıxış edərək, son dövrlər Azərbaycanda gedən iqtisadi inkişafı xüsusi vurğulayıb.

O, müsbət dəyişikliklərdən danışaraq qeyd edib ki, iqtisadi cəhətdən qüdrətli Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır: “Burada əsas fakt kimi ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmə prinsipləri əsas götürülməlidir. Azərbaycanın ərazi bütövlüyü pozulub və bərpa olunmalıdır”.

D.Sammutun çıxışını 28-ə yaxın ölkənin nümayəndələri tərəfindən alqışlarla qarşılandığı halda, Ermənistan nümayəndə heyəti tərəfindən protest edilib. Adlarının yazıldığı lövhələri qaldıran Ermənistan nümayəndə heyəti proqramdan və növbədən kənar ayağa qalxaraq iclasın gedişatını pozmağa cəhd ediblər. Seminarı aparan Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov onlara söz verib.

Ermənistan nümayəndə heyəti adından danışan Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan əvvəlcə D.Sammutun çıxışına etiraz etdiyini bildirsə də, bunu əsaslandırmayıb və dərhal Azərbaycan Milli Məclisinin sədri O.Əsədovun çıxışındakı Azərbaycanın işğal olunmuş torpaqları, qaçqın düşmüş bir milyondan çox azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı tələbini “aqressiya” adlandırıb. O, israrla tələb edib ki, buradakı müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəf olaraq tək Ermənistan və Azərbaycan yox, qondarma “Dağlıq Qarabağ Respublikası” da göstərilsin. K.Nahapetyan müzakirələrdə Azərbaycanın işğal olunmuş torpaqları məsələsinin üstündən keçərək, daha çox Dağlıq Qarabağda yaşayan ermənilərin müqəddəratı məsələsini qabartmağa çalışıb.

Onun ardınca söz alan Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Siyavuş Novruzov Azərbaycanın torpaqlarının faktiki olaraq Ermənistan tərəfindən işğal olunduğunu və Qarabağın Azərbaycanın ayrılmaz torpağının olmasını konkret faktlarla iştirakçılara, o cümlədən Ermənistan nümayəndə heyətinə xatırladıb: “Əgər söhbət ermənilərin öz müqəddəratını həll etməyindən gedirsə, erməni xalqı artıq müqəddəratını həll edib və Ermənistan dövlətini yaradıb. İndi Azərbaycan torpaqlarında bir qisim erməni yaşayır deyə, orada da ikinci dövlət yaratmaq cəhdi təbii ki, absurddur. Bu gün dünyanın bir çox ölkələrində, məsələn, Kaliforniyada Dağlıq Qarabağdakından da çox erməni yaşayır. Belə çıxır ki, orada da “müqəddəratını həll etmək” adı ilə əlavə erməni dövləti yaradılmalıdır? Dünyanın 30-dan çox ölkəsində ermənilər kompakt halda yaşayır. Belə çıxır ki, dünyada 30-dan çox erməni dövləti yaradılmalıdır?”

S.Novruzovdan sonra D.Sammut yenidən söz alaraq öz fikrini bir daha təkrarlayıb, yenidən münaqişənin yalnız Azərbaycan və Ermənistan arasındakı problem olduğunu xatırladıb. O, müharibənin əleyhinə olduğunu bildirərək, tərəflərin dil tapmasını və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini bildirib.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, deputat Zahid Oruc isə erməni nümayəndə heyətinin israrla “ermənilərin müqəddəratını həll etməsi” tələbinə cavab olaraq bildirib: “Əgər siz doğrudan da orada yaşayan ermənilərin öz müqəddəratını həll etməyinin tərəfdarısınızsa, o zaman Ermənistan dövlət olaraq çəkilsin kənara, münaqişəyə qarışmasın və Azərbaycan Dağlıq Qarabağdakı vətəndaşları ilə, baxmayaraq ki, itaətsizlik göstəriblər, problemi özü həll edər”.

Ermənistan nümayəndə heyətindən deputat Tevan Poqosyan deyilənlərə cavab vermək əvəzinə, müzakirələrə istehza ilə yanaşıb. O, faktlara münasibət bildirmədən D.Sammuta və digər beynəlxalq ekspertlərə seminar Azərbaycanda keçirildiyi üçün guya rəsmi Bakının mövqeyini dəstəklədiklərini bildirib. Daha sonra seminarda Dağlıq Qarabağla bağlı səsləndirilən BMT-nin məlum 4 qətnaməsindən danışan erməni deputat qətnaməni də təhrif etməyə çalışıb: “Mən təklif edirəm ki, qətnamədən çox danışıldığı halda, onun mətni ilə də tanış olunsun. Bir baxın görün orada nə yazılıb və sonra Ermənistanı işğalçı adlandırın”.

Ermənistan nümayəndə heyəti Türkiyə-Ermənistan münasibətləri mövzusunu da müzakirələrə qatmaq istəyib. T.Poqosyan çıxışında Azərbaycanı Ermənistan-Türkiyə münasibətlərinə şərik çıxmaqda ittiham edərək bildirib ki, Ermənistan faktiki olaraq blokadadır. Erməni deputat açıq-aşkar Qarabağdan öz yurdlarından məcburi köçkün düşmüş azərbaycanlılarla bağlı reallığı da inkar edib.

Daha sonra seminar proqramdan kənara çıxıb və Türkiyənin mövqeyini bildirmək üçün bu ölkənin NATO PA-da üzvü Ahmet Berat Conkar söz alıb. O, erməni deputatın Ermənistanın ölkəsi ilə münasibətlərində Azərbaycanı günahlandırmasına etiraz edib: “Bu, Ermənistanın öz seçimidir ki, blokadadır. Ermənistan faktiki olaraq qardaş Azərbaycanın torpaqlarını işğal edib. Bizim isə vahid mövqeyimiz bəllidir: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltsın, o zaman sərhədləri açaq”.

Seminar ilk fasiləyə çıxmazdan qabaq Ziyafət Əsgərov söz istəyərək çıxış edib: “Burada Ermənistan nümayəndə heyəti BMT-nin Dağlıq Qarabağla bağlı məlum 4 qətnaməsinin mətnindən danışdı. Cənab Poqosyan, o qətnamə, bax, bu dəqiqə mənim əlimdədir. Burada yazılıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozub və dərhal işğal olunmuş torpaqları boşaltmalıdır. Bundan başqa, sizin prezident Serj Sarkisyan AŞ PA-nın iclasında açıq-aşkar bəyan etdi ki, Ermənistan Azərbaycanın torpaqlarını tutub və nəzarət edir. Bu, sizin prezidentin rəsmi etirafıdır. İndi siz prezidentinizdən qabağa gedirsiniz? Eyni zamanda hazırda Azərbaycanın Naxçıvan bölgəsi Ermənistanın işğalı nəticəsində blokadadır. Amma siz Ermənistanın blokadasından danışırsınız. Bir az vicdanla yanaşaq, kim kimi blokadaya salıb?” Z.Əsgərovun çıxışı zamanı Erməni nümayəndə heyəti yerindən səs-küy salaraq çıxışı kəsməyə cəhd göstərib.

Seminar ilk fasilədən sonra işini davam etdirir.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə