Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İŞİD türkmənlərin mahalına girdi: 60 türkmən öldürüldü
İŞİD türkmənlərin mahalına girdi: 60 türkmən öldürüldü
16 İyun 2014 / 15:08 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İŞİD terror təşkilatı üzvlərinin Mosulun türkmənlərin sıx yaşadığı Telafer mahalını ələ keçirib.

ANS PRESS-in məlumatına görə, İŞİD Telaferi gün boyu toplarla atəşə tutduqdan sonra şiə türkmənlərin yaşadığı məhəllələrə girə bilib. Buna baxmayaraq, Telafer polisi və könüllülərlə toqquşmalar davam edir. Toqquşmalarda çoxlu sayda mülki şəxsin öldüyü bildirilir.

Mahalda işıq və su çatışmazlığı olduğundan İŞİD bölgəni mühasirədə saxlayır.

Bu arada dünən Telaferde yerli özünümüdafiə dəstələri ilə peşmərgə qruplaşması nümayəndələri arasında görüş olub. Görüşdə kürd təşkilatı türkmənlərə kömək təklif edib. Türkmənlər köməkdən imtina etmələrinə baxmayaraq, uzun sürən toqquşmalar və itkilərdən sonra yerli dəstələr kömək istəyiblər. Hazırda türkmənlərlə peşmərgə arasında yardım danışıqları davam edir.

Eyni zamanda Duhok və Mosulun əhalisinin çoxu kürdlərdən ibarət olan Sincar mahalında güc qüvvələrini artıran Peşmərgə cəbhə boyunca möhkəmləniblər. Bölgəni tərk edən İraq ordu birləşmələrinə aid ağır zirehli texnikaları da özününküləşdirən qruplaşma mahalın mərkəzində öz bayrağını sancıb.

“İraq və Şam İslam Dövləti”nin (İŞİD) terrorçuları tərəfindən ələ keçirilən Telafer qəsəbəsindən daha bir həyəcanlı xəbər gəlib. Məlumata görə, orada türkmənlər kütləvi şəkildə qətlə yetirilib.

APA-nın nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İraq polisi İŞİD yaxınlaşarkən təcridxanadakı 60 türkməni öldürərək qaçıb. Bunu İraq Türkmən Cəbhəsinin Telafer üzrə məsul nümayəndəsi Hazım Dövlət açıqlayıb: “İŞİD gecə saat 2-də Telaferi ələ keçirdi. İraq polisi Telafer Polis Müdirliyinin təcridxanasında saxlanılan 60 türkməni öldürdü”.

H.Dövlət əksər şiə türkmənlərin Telaferi tərk etdiyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə