Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səlim Müslümov əlilləri Avropaya göndərir
Səlim Müslümov əlilləri Avropaya göndərir
16 İyun 2014 / 16:00 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilləri Yunanıstana göndərdi.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, bu gün – iyunun 16-da nazirlik 26 əlili Yunanıstana göndərib.

Əlillər Yunanıstanın Saloniki şəhərindəki “Anagennisi” tibbi-reabilitasiya sanator mərkəzində bərpa müalicəsi alacaqlar. Razılaşmaya əsasən, iyun-avqust ayları ərzində ilk dəfə olaraq ölkəmizdən əlilliyi olan 76 nəfərin həmin mərkəzdə 28 günlük bərpa-müalicə kursunun təşkili nəzərdə tutulub.

Sağlamlıq imkanları məhdud uşaqların da xaricdə bərpa müalicəsi istiqamətində müvafiq işlər aparılır. Belə ki, qeyd olunan müddətdə ƏƏSMN tərəfindən 80 nəfər sağlamlıq imkanları məhdud uşağın valideynlərindən birinin müşayiəti ilə Latviyanın Yurmala şəhərindəki “Vaivari” tibbi-teabilitasiya mərkəzində 20 günlük müddətə bərpa müalicəsinin təşkili planlaşdırılıb. Son bir ayda onlardan artıq 45 nəfəri həmin mərkəzə yola salınıb.

Mərkəzdə uşaqlarda sağlamlıq imkanları məhdudluğun kəskin formalarının aradan qaldırılmasına yönələn fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya proqramları tətbiq olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə