Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mafiya qarşıdurmasına görə 8 azərbaycanlı saxlanılıb
Mafiya qarşıdurmasına görə 8 azərbaycanlı saxlanılıb
16 İyun 2014 / 17:35 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Türkiyədə bir neçə gün öncə baş verən mafiya qarşıdurmasında iştirak edən azərbaycanlıların adları açıqlanıb.

Hadisə Ədirnədə baş vermişdi. Rus və azərbaycanlı qrup arasında baş verən silahlı insidentdə bir polis şəhid olmuşdu. Onun 41 yaşlı Mahir Şükürov adlı azərbaycanlı tərəfindən vurulduğu bildirilirdi.

Qətldə şübhəli bilinən şəxsin yaxalanması istiqamətində işlər davam etdirilir.

Polis mafiya qarşıdurmasına qarışanların keçmiş polis Tufan Alpay (47), hadisədən sonra vəzifəsindən uzaqlaşdırlan Mustafa Türk (43), iki ayağından yaralanan Şaban Erdoğan (44), Faruk Barabakan (29), Yılmaz Bilmen (55), azərbaycanlılar – Ceyhun Əsgərov (39), Rövşən Əliyev (45), Elşən Babayev (31), Əli Müseyib Heydərov (33), Namiq Umudov (27), Miryazif Fəxrəddin (38), Qara Əliyev (30), Mehman Rahimov (41), ukraynalı Luka Asanedze (30), rusiyalı Nikolay Debjadze (32) saxlanılıb.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə