Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əliyev Qarabağa Qazaxıstan əsgərlərini gətirmək istəyir?
Əliyev Qarabağa Qazaxıstan əsgərlərini gətirmək istəyir?
17 İyun 2014 / 11:48 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

“Bakıdan dərhal sonra İrəvana gələcək Lavrov burada Sərkisyana daha geniş əməkdaşlıq təklif edəcək”. 

Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Lavrovun Bakıdakı görüşlərinin qızğın olacağını bildirib:  “Lavrov sabah Bakıda İlham Əliyevlə görüşəcək. Çox güman ki görüş Azərbaycanın Avrasiya İttifaqının qəbulu məsələsi ilə əlaqədar olacaq. Əliyev sadəcə Lavrova söz verə bilər. Amma bu da sözdən o yana keçməyəcək. Əliyev belə bir addımdan sonra Lavrova öz şərtlərini irəli sürəcək.

Ehtimal var ki, ən böyük tələb Qarabağla Ermənistan sərhəddinə türk əsilli Qazaxıstan əsgərlərinin yerləşdirilməsi olacaq. Bu isə Ermənistanın uduzması deməkdir. Bakıdan dərhal sonra İrəvana gələcək Lavrov burada Sərkisyana daha geniş əməkdaşlıq təklif edəcək. Bəs bu əməkdaşlıq nədən ibarət olacaq? Sadəcə, daha çox rus qoşunlarının Ermənistana gətirilməsi prezidentdən istəniləcək. Bu isə heç kimin marağına cavab vermir. ATƏT məhz bunun üçün Qarabağda öz nümayəndəliyini açmaq istəyəcək. Xankəndində öz sülhməramlılarını yerləşdirməyə çalışan Moskva təsir dairəsini itirməmək üçün buna mane olmağa çalışacaq. Əgər bu sülhməramlılar gəlsə, ATƏT Xankəndində baş ofis məsələsini aktivləşdirəcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə