Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağ müharibəsi veteranı prezidentdən kömək istədi
Qarabağ müharibəsi veteranı prezidentdən kömək istədi
17 İyun 2014 / 16:23 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Daha bir Qarabağ  müharibəsi veteranı hüqüqlarının pozulması səbəbindən etiraza başladı. 

Neftçala şəhər sakini, 1993-cü ildə könüllü olaraq döyüşlərə gedən və dəfələrlə yaralanan İsmayılov Əvəz Abdul oğlu işdən qanunsuz olaraq çıxarılıb. Məhkəməyə müraciət edən, veteran Ə.İsmayılov eyni zamanda ölkə prezidenti cənab İlham Əliyevaə də müraciət ünvanlayıb. Qeyd edək ki, Ə.İsmayılov məhkəmədə ciddi təzyiqlər və təqiblərlə qarşılaşıb.

arxiv.bizimxeber.az-a göndərilən şikayət məktubu,  prezident İlham Əliyevə ünvanlanan müraciətin ilk cümləsi ilə başlayır.

“Sizin hər bir ölkə vətəndaşına sahib çıxmağınız və ən ağır anlarında onların arxasında durmağınız mənə və mənim kimi sadə azərbaycanlı ailə başçılarına yaxşı məlumdur. Məhz bu böyük inam məni  Sizə müraciət etməyə cəsarətləndirdi”.  

Bəli hər bir vətəndaş kimi, Qarabağ ugrunda gedən döyüşlərdə iştirak edən, dəfələrlə yaralanan Əvəz İsmayılov haqqını tələb edir, ailəsini dolandırmaq üçün yeganə gəlir yeri olan işinə bərpa olunmağa çalışır.

Belə ki, İsmayılov Əvəz Abdul oğlu 1993-cü ildən  Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Trestində (Qala Qazma İşləri İdarəsi) qazmaçı-köməkçisi kimi fəaliyyətə başlayıb. 1994-cü ildə Qarabag uğrunda gedən döyüşlərdə iştirak etmək üçün iş yerindən könüllü olaraq müharibəyə yollanıb. Dəfələrlə güllə yarası alıb, amma sona kimi döyüşüb.

1996-cı ildə ordudan qayıdaraq yenidən 5-ci dərəcəli qazma köməkçisi kimi işə başlayıb.

Şikayətçi deyir ki, işlədiyi müddətdə heç bir cəza almayıb, rəhbərlik tərəfindən heç bir narazılıqla qarşılanmayıb. Lakin Qarabağ müharibəsi veteran, himayəsində 2 azyaşlı uşağının olmasına, işini yüksək səviyyədə bilməsinə və ailədə qazanc gətirənin yalnız o olmasına baxmayaraq onu işdən uzaqlaşdırıblar: “Bütün bü üstünlükləri nəzərə almadan məni işdən kənarlaşdırıdılar. Əvəllcə daimi iş yerimə uyğun olaraq 2013-cü ilin dekabr ayının 29-dan beş günlük iş növbəsinə başladım. Lakin ayın 31-də yenidən məni öz növbəmdən çıxarıb işə buraxmadılar. Bir neçə gündən sonra isə şifahi olaraq mənə bildirdilər ki, iş yerinmdə aparılan ixtisarla bağlı işdən çıxarılmışam. Mən qanunlara böyuk hörmət bəsləyirəm. Bu baxımdan işlədiyim idarədə struktur təkmilləşdirilməsi barədə idarədaxili tədbirləri də təbii hesab edirəm. Lakin mənim “peşəkarlıq səviyyəmin və əmək funksiyalarımı icra etmək bacarıgımın aşağı səviyyədə olması” meyarı ilə işdən çıxarılmağım mövcud qanunvericiliyin  – “İşçilərin ixtisarı zamanı işdəsaxlanma üstünlüyü olan şəxslər” barədə göstərişləri kobud şəkildə pozulmaqla həyata keçirilib”.

Qarabağ müharibəsi veteranı hesab edir ki, Qala Qazma İşləri İdarəsinin qazma ustası – Ələkbərob Ədalət Heydər oğlunun tətbiq etdiyi 26 nəfərdən ibarət olan siyahıda peşəkarlıq səviyyələri və əmək funksiyalarını icra etmək qabiliyyəti ondan qat-qat aşağı olan işçilər daha çoxdur.

Qazma ustası – Ələkbərob Ədalət Heydər oğlunun bu əməli qanunların kobud şəkildə pozulması ilə yanaşı, dövlətini, torpağını sevən, hər an yenidən döyüşməyə hazır olan bir Qarabağ müharibəsi veteranın hüquqlarının kobud şəkildə pozulması, ailəsinin, 2 azyaşlı uşağının ac qalması ilə nəticələnib. Ə. İsmayılov bildirir ki, bu barədə məhkəməyə verdiyi iddia ərizəsində konkret faktlar göstərilib. Amma məhkəmə də onun üzləşdiyi haqsızlığa göz yumur, Dövlət Neft Şirkətinin qərarlarını üstün  hesab edir.

Ölkə başçısı İlham Əliyev həmişə Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə diqqət və qayğı göstərib, onların üzləşdiyi problemlərin dərhal həll olunması üçün ciddi tapşırıqlar verdiyi halda Qala Qazma İşləri İdarəsi rəhbərliyinin bu qərarı təssüflər olsün ki, ürəkaçan deyil.

Bu meyarlar sözügedən İdrənin rəhbərliyi tərəfindən nəzərə alınmamış, veteran şamil edilən ixtisarasalma idarə rəhbərlərinin bəzilərinin evində, həyətində xidmət edən işçilərdən yan keçmişdir. Belə haqsızlıq qazmanın fəhlələri arasında da saf fəhlə əməyinə biganə münasibət kimi qarşılanıb.

Qarabağ müharibəsi veteran Əvəz İsmayılov dövlətin qanunlarının aliliyinə və prezident İlham Əliyevin bu məsələyə müsbət reaksiya vercəyinə inanır: “Ölkə başçısı İlham Əliyev həmişə Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə diqqət və qayğı göstərib, onların üzləşdiyi problemlərin dərhal həll olunması üçün ciddi tapşırıqlar verib. İnanıram ki, mənim üzləşdiyim bu problem də qısa müddətdə həll olunacaq.  

arxiv.bizimxeber.az

neftşala1


neft,ala3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

neftcala2

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə