Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Uşağı ölən zabit: “Balamın cansız bədənini vermirlər”
Uşağı ölən zabit: “Balamın cansız bədənini vermirlər”
17 İyun 2014 / 17:08 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Gəncə şəhərində doğuşdan sonra dünyasını dəyişən uşağın atası Fərahim Təhməzov Milli.Az-a danışdı.

O bildirdi ki, uşaq doğulandan iki gün sonra dünyasını dəyişdi. Onun sözlərinə görə, hazırda doğuşa qədər olan bütün müayinə sənədlərini xəstəxanadan tələb edirik, ancaq vermirlər: “Doğuşdan qabaq bütün müayinə və müalicə sənədlərini vermişdik xəstəxanaya. Ən böyük məsuliyyət UZİ-də işləyən həkimin üzərinə düşür. Çünki həkim onun rəyi ilə müayinə-mualicə aparıb. UZİ dedi uşaq normaldı, doğulandan sonra isə dedilər ki, göyərib. Az sonra isə ölüm xəbərini bizə dedilər. Ona görə də sənədləri böyük ehtimalla gizlədirlər, sağlam olsaydı, qaytarıb verəcəkdilər özümüzə. İndi də deyilər ki sənəd yoxdu, sənəd hara itə bilər axı”.

F.Təhməzov qeyd etdi ki, uşağın ürək qüsuru ilə doğulduğunu desələr də, bu, həqiqətə uyğun deyil: “Doğuşa qədər müayinələr edilib, bunu müəyyən etmək olardı, 18-ci əsr deyil ki. Ən son ana qədər deyildi ki, körpənin vəziyəti normaldır, təhlükə yoxdu. İndi isə uşağın meyitini aparıb Bakıda ekspertiza etdirmək istəyirəm. İcazə vermirlər, ancaq Gəncəyə apara biləcəyimi deyirlər. Balamın cansız meyitini vermirlər ki, Bakıya aparım. Mən ancaq Bakıya inanıram”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə