Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Heydər Əsədov baytar apteklərini bağlayır
Heydər Əsədov baytar apteklərini bağlayır
17 İyun 2014 / 17:15 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4

Lisenziyalarının vaxtı bitdiyindən apteklərin 60 faizi bağlanıb

Azərbaycanda baytar apteklərinin bağlanması prosesində başlanılıb.  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Baytarlıq Təchizatı Birliyinin (BTB) direktoru Müşfiq Alıyev AzNews.az-a açıqlamasında bildirib ki, aprelin 27-dən Birliyin nəzdində olan dövlət apteklərinin lisenziyasının vaxtı bitdiyindən apteklərin ləğvinə başlanılıb: “Ümumiyyətlə isə Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişkənliyinə görə, apteklərinə lisenziyanın verilməsi də dayandırılıb. Birliyin nəzdində ümumilikdə 95 aptek fəaliyyət göstərirdi. Hazırda isə bu apteklərin 60 faizinə yaxını bağlanıb. Bizim yalnız əczaçılara borclarımız qalıb. Bu iş təsərrüfat hesablı olduğundan satılan dərman peraparatlarının qarşılığında işçilərə əməkhaqları verilir. Fəaliyyəti dayandırılan və bağlanması nəzrdə tutulan apteklərin bizə borcu yarandığı üçün isə Birlik də sözü gedən işçilərə əməkhaqqı verə bilmir. Apteklərdən vəsait daxil olduqca biz də işçilərin əmək haqlarını ödəyəcəyik”.

Müşfiq Alıyev vurğulayıb ki, hazırda rəhbəri olduğu qurumda işçilərin əməkhaqqını vermək üçün komissiya yaradılıb: “Qərarə aldıq ki, öncə borclu olduğumuz şəxslərin əməkhaqqının yarısı, yəni 300 manat və qalan yarısını, həmçinin əmək təzminatını ödəyək. Amma bu da onlarda narazılıq yaradır. Bizim heç bir işçinin əməkhaqqını kəsmək fikrimiz yoxdur”.

Qeyd edək ki, “Qafqazinfo”ya müraciət edən Baytarlıq Təchizatı Birliyinin işçiləri deyiblər ki, qurumun direktoru Müşfiq Alıyev 100-ə yaxın işçiyə şəxsən zəng edərək onların 6 aylıq maaşlarının (600 manat) yalnız 300 manatının veriləcəyini bildirib. İşçilərin sözlərinə görə, onlara 300 manat təklif olunsa da, əməkhaqqısı 600 manat olan sənədə qol çəkmələrini tələb ediblər.

Onu da qeyd edək ki, böyük kapitalın fırlandığı baytar aptekləri bir müddət əvvələ qədər dövlət başçısı İlham Əliyevin əmisi oğlu İlqar Əliyevin nəzarəti altında idi. Eyni zamanda sabiq səhiyyə naziri İsmət Abbasov da bu sahəyə nəzarət edirdi. Amma hazırda bu sahədə statuskvo dəyişib.

Vahid Məhərrəmov: «Hazırda yaşananlar baytarlıq apteklərinin də nəzarətə götürüldüyünü deməyə əsas verir»

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun fikrincə, bu sahədə süni olaraq problem yaradılır. Düzdür bəzi apteklərdə keyfiyyətsiz dərman satılmasının bir fakt olduğunu deyən V.Məhərrəmov vurğuladı ki, amma istənilən halda həmin dərmanlar yerlərdə baytar həkimləri istifadə edirdi. Məhz həmin həkimlərin tövsiyəsi ilə həmin  dərmanlar fermerlər tərəfindən alınırdı: «Amma görünən odur ki, səhiyə sahəsindəki apteklərdə olduğu kimi baytarlıq aptekləri də nəzarətə götürülür. İstisna deyil ki, bu sahədə bəzi şəxslərə güzəştlər ediləcək. Amma hələlik bu sahədə qeyri-müəyyənlik hökm sürür. Özü də bu qeyri-müəyyənlik elə bir dönəmə təsadüf edir ki, ölkədə heyvandarlıq sahəsində ciddi risklər var. Heyvanlar arasında hazırda bursilyoz, vərəm və başqa bu tip xəstəliklər geniş yayılıb».

Ölkə daxilində baytarlıq sahəsində olduqca az dərman istehsal olunduğunu deyən V.Məhərrəmov vurğuladı ki, əgər xaricdən gələn dərmanlar ciddi nəzarətdə saxlanılardısa, o zaman baytar apteklərində dərmanların keyfiyyətsizliyi ilə bağlı problem yaşanmazdı: «Bütün hallarda bu məsələdə hökumətin öz işinin öhdəsindən gəlməməsi ortadadır. Vaxtında lazımı tədbirlər görülmədiyindən belə hallar baş verib».

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə