Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Əsgərlərə dönər pulsuzdur”
“Əsgərlərə dönər pulsuzdur”
18 İyun 2014 / 12:17 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

20 yanvar metro stansiyası yaxınlığında dönər satılan köşklərdən birinin qarşısına yapışdırılmış yazı diqqətimizi çəkdi. Kağızda belə yazılmışdı “Əsgərlərə dönər pulsuzdur”.

Bu cür hallarla çox az rastlaşdığımızdan bu barədə reportaj hazırlamaq qərarına gəldik. Satıcılara yaxınlaşıb çəkiliş üçün icazə almaq istəsək də  buna razı olmadıqlarını bildirdilər. Səbəbini soruşduqda isə satıcılardan biri bildirdi ki, biz bu cür aksiyanı artıq keçən ildən başlatmışıq: “Bizə yaxınlaşıb bunu nə səbədən etdiyimizi soruşurlar. Xeyriyyə məqsədiylə dedikdə isə bizə bildirirlər ki, siz buradan görün nə qədər qazanırsınız ki, hələ əsgərlərə də pulsuz dönər paylayırsınız. Biz də məcbur olaraq kağızı yığışdırmışdıq. Artıq neçə ay olar ki, yenidən asmışıq yazını”.
Digər satıcının sözlərinə görə, bu cür addım atmaları çox zaman insanlar tərəfindən düzgün qarşılanmır:
“Bəzən bunun sadəcə reklam xarakterli olduğunu düşünürlər. Lakin biz bunu xeyriyyə məqsədi ilə edirik. İnsanlar ehsan verir, bizim də gücümüz buna çatır. Hər şeyimizi əsgərlərə borcluyuq. Onların xidməti nəticəsində bu ölkədə rahat yaşaya bilirik“.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə