Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zakir Həsənov təhlükədən danışdı
Zakir Həsənov təhlükədən danışdı
19 İyun 2014 / 14:22 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Müdafiə naziri Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin və “Rosoboroneksport”un rəhbərlərini qəbul edib.

Nazirliyin mətbaut xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru cənab Aleksandr Fomini və “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru cənab Anatoli İsaykini qəbul edib.

Müdafiə naziri qonaqları salamlayaraq, iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu bildirib.

Qonaqlar səmimi qəbul üçün minnətdarlığını bildirib, Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş perspektivlərə malik olmasını diqqətə çatdırıblar.

Sonra Azərbaycan-Rusiya hərbi və hərbi-texniki sahədə mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə