Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəhabi lideri: İstanbulu da alacağıq
Vəhabi lideri: İstanbulu da alacağıq
19 İyun 2014 / 16:55 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İŞİD-in Suriya və İraq kimi Türkiyəni də “cihad sahəsi” elan etdiyi ortaya çıxıb.

arxiv.bizimxeber.az xəbər verir ki, bunu İŞİD hücrələrinin lideri Xalis Bayuncuk yanvar ayında Türkiyənin Van şəhərində həbs edilərkən deyib. O, Suriyanın fəth edilməsindən sonra sıranın Türkiyəyə gələcəyini bildirib. Türkiyədə iki ildir cihad üçün xadim yığan İŞİD-in, bu ölkə ilə bağlı hərəkət planları qurduğu ortaya çıxıb.

İŞİD-in Türkiyə rəhbərlərinin Suriyadakı vətəndaş müharibəsinin sona çatmasının ardınca İstanbul başda olmaqla Türkiyədə böyük hərəkətlərə imza atmağa hazırlaşdıqları bəlli olub. Hətta bəzi İŞİD rəhbərlərinin “İnşallah İstanbulu da alacağıq” sözlərini polis qeydə alıb.

Əldə edilən məlumatlarda təşkilatın cihad elan etdiyi ölkələrə silahlı quruplaşmalar göndərdiyi məlum olub. Təşkilat üzvləri müəyyən adlar altında fəaliyyət göstərən məkanlarda məskunlaşırlar. Evlərdən gündəlik və həftəlik olaraq hərəkətə çıxırlar. Məlumatlarda təşkilatın bu günə qədər Əfqanıstan, Pakistan, İraq, Suriya, Somali, Yəmən və Sudanı cihad bölgəsi elan etdiyi bildirilir.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə