Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatdan “Çağ Öytətim” məktəblərinin bağlanmasına ETİRAZ
Deputatdan “Çağ Öytətim” məktəblərinin bağlanmasına ETİRAZ
20 İyun 2014 / 12:49 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bu günlərdə Azərbaycanda “Çağ Öyrətim” məktəblərinin və “Araz” kurslarının bağlanmasına ciddi etiraz edib. Lent.az-ın məlumatına görə, deputat bildirib ki, həmin məktəblərin bağlanması strateji və tarixi səhvdir.

O qeyd edib ki, bir müddət sonra bu qərarın nə qədər yanlış olduğunu və Azərbaycan təhsilinə ağır zərbə vurduğuna şahid olacağıq: “Bilirsiniz, kampaniyaçılıq heç vaxt yaxşı olmayıb. Mən bir ingilis məktəbinin də bağlanmasının əleyhinə deyiləm. Son buraxılış imtahanlarının nəticəsi onu göstərdi ki, 53 faiz Ana dilindən 3 alıb. On minlərlə müəllim işsiz qalacaq. 3 ay ərzində bu qədər müəllimi hara, necə yerləşdirəcəklər? Onların əksəriyyətini işsiz qalacaq.

Oturuşmuş bir təhsil şəbəkəsini bu formada dağıtmaq doğru deyildi. Heç olmasa qəbulu dayandırardılar. Orada təhsil alanlar təhsilini davam etdirərdilər. Türkiyə ilə bağlı siyasi proseslər gedir. Orda baş verənləri bura tətbiq etmək düzgün deyil. Bu məktəblərin taleyi ilə bağlı qərarı bu cür vermək olmaz. Turan Yazqanın da məktəbi var. O da sıxışdırılıb. N ə olar, ölkədə rus məktəbi, türk məktəbi də olsun. Bu qərarın gələcək Azərbaycan təhsilinə bir zərbə vurduğunu görürəm və bunu indidən deməyi özümə mənəvi borc bilirəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə