Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcü deputatlar Bakı aeroportunda saxlanıldı
Gürcü deputatlar Bakı aeroportunda saxlanıldı
20 İyun 2014 / 12:50 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Onlar Vahid Milli Hərəkat Partiyasının üzvləridir

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvləri olan deputatlar Bakı aeroportunda saxlanılıblar. Virtualaz.org saytı xəbər verir ki, bunu Gürcüstan İctimai Televiziyasına açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

Səfirin sözlərinə görə, deputatlar İrma Nadiraşvili və Zurab Caparidze gömrük bəyannaməsində göstərmədikləri valyutaya görə saxlanılıblar. “Onlar Bakı aeroportunda gömrük bəyannaməsində göstərmədikləri valyutaya görə saxlanılıblar. Bizdə olaan yeganə məlumat budur. Deputatlar həbs olunmayıblar, onları sadəcə olaraq müvəqqəti müddətə saxlayıblar” – deyə səfir bildirib.

Amma çox maraqlıdır ki, sabiq prezident Mixail Saakaşvilinin yaratdığı Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının ofisində bu xəbəri təkzib ediblər. Bu xəbəri elə adı saxlanılanlar sırasında çəkilən deputat İrma Nadiraşvilinin özü də təkzib edib. O, öz facebook səhifəsində hazırda Bakı aeroportunda olduğunu isə təsdiqləyib. Xanım deputat bildirib ki, yerli vaxtla saat 21:00-da Tiflisdə olacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə