Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtoritetlər azərbaycanlı biznesmeni güllələdi
Avtoritetlər azərbaycanlı biznesmeni güllələdi
20 İyun 2014 / 12:52 / Baxış sayı: 292
Font1 Font2 Font3 Font4

Odlu silahdan açılan atəş nəticəsində yaralanan biznesmen xəstəxanaya yerləşdirilib

Rusiya Federasiyasının Volqoqrad vilayətində azərbaycanlı biznesmen avtoritetlər tərəfindən güllələnib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə 18 iyunda Jiqulev adlı topdansatış bazarında qeydə alınıb. Həmin gün axşam saatlarında Volqoqrad xəstəxanalarının birinə odlu silahdan açılan atəş nəticəsində yaralanan 31 yaşlı Zülfüqar Əsədov yerləşdirilib. Həmin şəxs topdansatış məntəqəsinin işçisidir.

Araşdırmalar zamanı məlum olub ki, Zülfüqar Əsədov “Toyota” markalı avtomobili ilə evə gedərkən “Audi” markalı avtomobil tərəfindən təqib olunub. Evlərinə yaıxn ərazidə qəflətən həmin avtomobildən ona odlu silahdan atəş açılıb. Zülfüqar Əsədov də həmin şəxslərə atəş açıb. Cavab atəşi açıldıqdan sonra naməlum şəxslər gizləniblər. Hadisədən 2 saat sonra onların avtomobilləri yanmış halda tapılıb. Bundan başqa, həmin ərazidə biznesmenə “Kalaşnikov” silahından atılan güllələrin gilizləri aşkar olunub.

Qeyd edək ki, Zülfüqar Əsədova ilk dəfə deyil ki, sui-qəsd edilir. Ötən il də onu evinin qarşısında öldürmək istəyiblər. Onu naməlum şəxslər güllələmişdilər. Ağır yaralanmağına baxmayaraq biznesmen özünü polis idarəsinə çatdıra bilmişdi. Orada ona tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirmişdilər.

Cinayəti araşdıran hüquq-mühafizə orqanları azərbaycanlı biznesmenə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxslərin kimliyi məlum olub. Bu Zülfüqar Əsədovun düşməni olan Məmməd Çopsiyevdir. O, bir neçə dəfə biznesmeni öldürmək istəyib. Ötən il ona qarşı edilən sui-qəsd zamanı isə əmioğlusu Ramiz Çopsiyev tutulmuşdu. Lakin Məmməd Çopsiyev hüquq-mühafizə orqanalrından gizlənə bilmişdi.

Eyni zamanda bildirilir ki, Məmməd Çopsiyev kriminal aləmdə avtoritet kimi tanınır. Zülfüqar Əsədov isə Volqoqraddakı topdansatış bazasında meyvə-tərəvəz satışı ilə məşğuldur. Avtoritetlərlə biznesmeni mübahisəsi də məhz bu səbəbdən yaranıb. Ehtimal olunur ki, mübahisə avtoritetlərlə biznesmen arasında pul anlaşılmazlığından sonra yaranıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə