Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziyafət Əsgərov: “Yığışırlar, şərab içirlər…”
Ziyafət Əsgərov: “Yığışırlar, şərab içirlər…”
20 İyun 2014 / 13:14 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

O, beynəlxalq hüququn bəziləri üçün əyləncə olduğunu deyib

“Beynəlxalq hüquq – böyük dövlətlər üçün əyləncədir”. Milli Məclisin vitse spikeri Ziyafət Əsgərov NATO PA-nın “Rouz-Rout” seminarından belə nəticə çıxarıb.
Parlamentin növbədənkənar iclasına qatılan vitse spiker bildirib ki, seminarda azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqiəsi ilə bağlı məsələləri açıqlamaqdan ibarət olub: “Fikrimcə, buna müəyyən qədər nail ola bildik”.
İkinci məqsəd Azərbaycanın Avroatlantik məkanda əhəmiyyətini vurğulamaq idi və bu məsələ də geniş şəkildə müzakirə olub. “Üçüncüsü, dünyada izlənilən münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli barədə idi. Beynəlxalq hüquq çox dərin böhrandadır. Heç onun qapısını döyən də yoxdur. Kimin probleminin həll edir? BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Amma obyektivlik istəyən kimsə ora müraciət etmir. Beynəlxalq hüququ bir sıra dövlətlərin əlində məşğulliyət, əyləncədir, kiçik dövlətlər üçün isə məhdudiyyət. Böyük dövlətlər yığışırlar, şərab içirlər, özləri məşğul olurlar, bizə isə deyirlər ki, beynəlxalq hüquq sizin üçün yaradılıb”.

Vitse-spiker qeyd edib ki, Metyu Brayza onunla söhbətində ikili standartlar olduğunu təsdiqləyib: “Deməli biz bu reallıqla nəzərə alıb, işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Prezident, dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə