Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hesablama Palatasından rüşvət ittihamına cavab
Hesablama Palatasından rüşvət ittihamına cavab
20 İyun 2014 / 14:16 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Sumqayıt məktəblərində müəllimlərdən 20-50 manat yığırlar ki, Hesablama Palatasının əməkdaşlarını «layiqli yola salsınlar».

Adının çəkilməsini istəməyən şikayətçi AHP əməkdaşlarını peşəkar və məlumatlı hesab edir. Onlar şəhərin təhsil sitemində “ölü canlar”, Türkiyə, BƏƏ və Bakı arasında vaxt keçirib adına dərs yazılanları tapıblar. Ona görə şəhər Təhsil ŞÖbəsinin rəhbərliyi auditorlara «təşəkkür» etmək istəyir..

AHP daxili nəzarət xidmətində (telefon 012 493 51 47) Turan-a bildiriblər ki, onlar bu işlə məşğul olmurlar və mətbuat katibinə müraciət etmək lazımdır. Mətbuat katibi Nailə Qazıyeva agentliyə bildirib ki, anonim müraciətlərə baxılmır.

Azərbaycanda büdcə vəsaitlərinin auditini iki orqan aparır – Maliyyə Nazirliyinin Dövlət Nəzarəti Agentliyi və Hesablama Palatası.

Xatırladaq ki, Sumqayıt Təhsil İdarəsində büdcə vəsaitlərindən istifadənin yoxlanması barədə qərar bu ilin 15 mayında verilib.

Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir.

“İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə