Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Zaminbank”ın rəhbərliyi barədə cinayət işi başlandı
“Zaminbank”ın rəhbərliyi barədə cinayət işi başlandı
20 İyun 2014 / 16:21 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı “Zaminbank” ASC-nin Xırdalan filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olan Türkiyə Respublikası vətəndaşlarına guya onların cari hesablarında Azərbaycan Respublikası ərazisində əcnəbilərə müvəqqəti yaşamaq üçün icazənin verilməsindən ötrü nəzərdə tutulan100 min manat məbləğində pul vəsaitinin olması barədə saxta arayışlar vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə