Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Statistika Komitəsi ittihamları əsassız hesab edir
Statistika Komitəsi ittihamları əsassız hesab edir
20 İyun 2014 / 16:25 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Milli Məclisin iyunun 20-də keçirilən iclasında deputatlar Dövlət Statistika Komitəsinin fəaliyyətini sərt tənqid ediblər.

“Deputatların söylədikləri subyektiv fikirlərdir, çıxışlarında konkret fakt yoxdur. Ona görə nəyə əsasən belə dediklərini anlamıram”.

Bunu jurnalistlərə  Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov bildirib.

Onun sözlərinə görə, əgər deputatlar qarşılaşdıqları hər hansı məlumatın səhv olduğu faktını əsas göstərərək danışsaydılar, ona uyğun araşdırma aparıb açıqlama verilərdi:

 “Statistika Komitəsi düzgün işləyir və cərimələrin qaldırılması ona xidmət edir ki, müəssisələr tərəfindən təqdim olunan məlumatlarla bağlı onların məsuliyyəti artırılsın, məlumatlar dəqiq verilsin. Bu, bilavasitə məlumatların keyfiyyətinin artırılmasına xidmət edir, məqsəd budur”.

Y.Yusifov bildirib ki, deputatlar konkret müracit edib səhvləri bildirməlidirlər: “Əgər səhv varsa, biz düzəltməyə hazırıq. Dünya praktikasında da belədir, statistika ilə bağlı bu və ya digər fikirlər səsləndirilir. Milli Məclisdə deyilənlər subyektiv fikirlərdir. Bəzən müəssisələrin məlumatları səhvlərlə, təhriflərlə təqdim edilir. Biz hər hansı göstəricidə səhv olduğunu aşkar etdikdə, mütləq onu düzəldirik və ictimaiyyəti bu haqda məlumatlandırırıq. Bilirsiniz, əsas problem nədən yaranır? Müəssisə istəyir ki, məlumatı operativ təqdim etsin, üstündən bir müddət keçdikdən sonra məlumatı dəqiqləşdirib təqdim edir. İlkin məlumata 3 ay sonra edilən düzəliş səhv kimi görünə bilər. Amma beynəlxalq praktikada bu dəqiqləşmədir. Xarici ölkələrdə hətta bir neçə ildən sonra da dəqiqləşdirmələr aparılır və bu, normal sayılır. İstifadəçilərin tələskənliyi bunun əsas səbəbidir. Mən Dövlət Statistika Komitəsinin işini çox yüksək qiymətləndirirəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə