Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azercell “Asan İmza”nın endirim kampaniyasının vaxtını uzatdı
Azercell “Asan İmza”nın endirim kampaniyasının vaxtını uzatdı
20 İyun 2014 / 18:49 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom 2014-cü il 16 may tarixindən etibarən təqdim etdiyi “Asan İmza” xidmətindəki endirimləri 2014-cü ilin 30 sentyabrına qədər uzatdı. Azərbaycanda ilk dəfə olaraq “Asan İmza” mobil elektron imza xidmətini təklif edən şirkətin bu endirimlərindən hər kəs yaralana bilər.

Məlumat üçün bildirək ki, 16 may tarixindən etibarən əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər “Asan İmza” xidmətindən istifadə edərkən, qoşulma haqqı üçün ƏDV daxil cəmi 18 AZN ödəyirlər. “Asan İmza” istifadəçiləri üçün xidmətdən aylıq istifadə haqqı isə 0,5 manat təşkil edir. Bundan əlavə 20 iyun 2014-cü il tarixindən etibarən “Asan İmza” vasitəsilə yerinə yetirilən hər bir əməliyyat (autentifikasiya/elektron imzalama) üçün 1 SMS-in qiyməti 0,03 manat təşkil edir.

2014-cü ilin iyul ayının 1-dən isə istifadəyə verilən daha bir yenilik isə ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqavilələrinin elektron informasiya sistemində də “Asan İmza”-nın tətbiqinə başlayır. Əmək müqavilələrinin vahid elektron bazasının tətbiqi nəticəsində işçilər üçün iş yeri və əmək haqqı ilə bağlı arayışların alınması asanlaşacaqdır.

Məlumat üçün bildirək ki, “Asan İmza” xidməti hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanı yaradır. “Asan İmza” mobil elektron imza xidmətinin sürəti və rahatlığı dövlət xidmətlərinə çıxışda rast gəlinən maneələri xeyli azaldır, xidmət istifadəçilərini və tərtibatçılarını yeni texnologiyaların aktiv istifadəsinə stimullaşdırır. Xidmətdən istifadə etmək üçün ASAN Xidmət Mərkəzlərində təşkil olunan Azercell Qeydiyyat Məntəqəsinə yaxınlaşmaq lazımdır. Burada Asan İmza SIM kartını və elə həmin mərkəzdə yerləşən Vergilər Nazirliyinin Xidmət Məntəqəsindən elektron imza sertifikatı əldə etmək olar. Asan İmza – Mobil İmzalı SİM-kart həm mövcud, həm də yeni Azercell nömrələrə uyğunlaşdırıla bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə