Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentin qardaşına həbs
Prezidentin qardaşına həbs
20 İyun 2014 / 19:02 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Trayan Beseskunun qardaşı korrupsiyada ittiham edilir

Dünya Rumıniya prezidentinin qardaşı həbs olunub. Trayan Beseskunun qardaşı korrupsiyada ittiham edilir.

Açıqlanan rəsmi açıqlamada bildirilib ki, prezidentin qardaşı hakim və prokurorları pulla ələ salmaq istəyib: “Mirça Besesku kriminal avtoritet Sandu Angel barəsində əlverişli məhkəmə hökmü çıxarılması məqsədilə hakim və prokurorların pulla ələ alınması barədə cinayət işi çərçivəsində həbs edilib”.

Qeyd edək ki, onun həbsi barədə qərar gizli kameranın köməyi ilə çəkilmiş videoyazının mediaya çıxmasından sonra həyata keçirilib. Videoyazıda Rumıniya prezidentinin qardaşı “qanunda oğru” Angelin həbsdən azad olunmasına yardım etmək üçün mükafat vəd edir. Bunun üçün dövlət başçısının nüfuzundan Rumıniyanın Ali Məhkəmə Kassasiya Palatası sədrinə təsir etmək üçün istifadə etməyi planlaşdırır. Prezidentin qardaşı ilə sövdələşmə faktını Angelin özü və onun qohumları təsdiqləyir.

Qalmaqal ölkədə böyük siyasi gərginliyə səbəb olub. Baş nazir Viktor Ponta prezidenti ietafaya səsləyib: “Avropa ölkəsinin rəhbəri kimi belə vəziyyətdə istefa verməlidir”. O, xəbərdarlıq edib ki, əgər dövlət başçısının bu qalmaqalla əlaqəsi sübuta yetirilərsə, hakim koalisiyadan olan deputatlar parlamentdə impiçmenti səsə qoyacaqlar.

Besesku özü istefa verməkdən imtina edib. O, bəyanatla çıxış edərək bildirib ki, “heç vaxt qardaşı ilə Angel üzərində proseslə bağlı məsələləri müzakirə etməyib”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə