Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kərəm Həsənov Qəbələdə vətəndaş qəbulu keçirdi
Kərəm Həsənov Qəbələdə vətəndaş qəbulu keçirdi
20 İyun 2014 / 19:12 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər. Növbəti belə qəbul iyun ayının 20-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Qəbələ şəhərində keçirilib.

Komitədən arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, qəbulda Qəbələ, İsmayıllı, Oğuz və Şəki rayonlarından olan vətəndaşlar iştirak edib, onların müraciətlərinə baxılıb, təklif və xahişləri dinlənilib.

Səsləndirilən müraciətlər daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, işə qəbul və digər sosial məsələlərlə bağlı olub.

Komitə sədri qəbula gələn hər bir vətəndaşın müraciətinə diqqətlə dinləyib. Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapıb.  Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar izah edilib və araşdırılmalı müraciətlər qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata götürülüb.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldırdıqlarını bildiriblər.

Komitə sədri tərəfindən vətəndaşların müraciətləri mütəmadi diqqət mərkəzində saxlanılır. Növbəti aylarda da respublika üzrə belə vətəndaş qəbulları keçiriləcəkdir.

arxiv.bizimxeber.az

IMG_0218 IMG_0205



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə