Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qafqaz Universiteti yandırılıb?
Qafqaz Universiteti yandırılıb?
21 İyun 2014 / 11:14 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Gecə Abşeron rayonu Xırdalan şəhəri ərazisində Həsən Əliyev küçəsində yerləşən Qafqaz universitetində yanğın olub. 

“Qafqazinfo” xəbər verir ki, Universitetin inzibati işlər üzrə müdiri Sultan Rüstəmovun ANS-ə verdiyi məlumata görə, yanğın universitetin bufetində qeydə alınıb. Bufetdə yerləşən soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş verib. Yanğın təxminən 25 kvadrat metr ərazini əhatə edib.

Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürnləri cəlb edilib, qısa zamanda alov nəzarətə götürülüb. Görülən tədbirlər nəticəsində yanğının geniş miqyas almasına və təhsil müəssisəsinin digər inzibati otaqlarına keçməsinə imkan verilməyib.

Hadisə zamanı xəsarət alan olmasa da, yanan ərazi yararsız vəziyyətə düşüb. Alovun qarşısı alındıqdan sonra isə hadisə yerinə nazrliyinin istintaq və təhqiqat şöbəsində araşırma aparıblar. Yanğının dəqiq baş vermə səbəbləri isə bu araşdırmaların sonunda bəlli olacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə