Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyanın ən sülhsevər ölkələri: Azərbaycan 123 Ermənistan 97 yerdədir…
Dünyanın ən sülhsevər ölkələri: Azərbaycan 123 Ermənistan 97 yerdədir…
21 İyun 2014 / 11:51 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Dünya ölkələrinin “Qlobal Sülh İndeksi” siyahısı açıqlanıb. 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Sidney Sülh və İqtisadiyyat İnstitutunun açıqladığı siyahıya əsasən, 162 ölkənin yer aldığı siyahıda Azərbaycan 123-cü ən sülhsevər ölkə kimi qərarlaşıb.

Siyahı tərtib edilərkən 22 göstərici əsas kimi götürülüb. Ukraynadakı siyasi gərginliyə görə ittiham edilən Rusiya siyahıda 152-ci pillədə, Ukrayna isə 151-ci pillədə qərar tutub. Bundan başqa, Türkiyə 128-ci, Gürcüsatn 111-ci, İran 131-ci və Ermənistan isə 97-ci ən sülhsevər ölkə kimi qeyd olunublar. ABŞ siyahıda 101-ci yeri tutub.

Vətəndaş müharibəsinin davam etdiyi Suriya isə 162 ölkə arasında sonuncu pillədə mövqe tutub. Qeyd edək ki, reytinq cədvəlinə görə İslandiya dünyanın ən sülhsevər ölkəsidir.
İşğalçı Ermənistanın Azərbaycandan öndə olması siyahının qeyri-obyektiv hazırlandığını deməyə əsas verir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə