Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dondurma fırıldağı – alıcılar aldadılır
Dondurma fırıldağı – alıcılar aldadılır
23 İyun 2014 / 13:53 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

“Маша и мeдвeдъ” əmttə nişanlı uşaq dondurmaları Azərbaycanda istehsal edilsə də qablaşdırmanın üzərində məhsulun xaricdə istehsal olunduğunu yazmaqla alıcıları aldadılar.

Bunu İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər.

Xəbərdə deyilir ki  İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən dondurma istehsalı müəssisəsində yoxlama aparıb.

Məlum olub ki, sexdə hazırlanan dondurmaların üzərində xarici ölkələrdə istehsal olunduğu yazılır. Beləliklə də markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan saxta dondurmaların istehsal edildiyi müəyyən olunub.

Yoxlama zamanı yağlılığı 12 faiz olan vanilli və şokoladlı plombir dondurmaların gigiyenik, yağlılığı 8 faiz olan qaymaqlı dondurmanın isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi və onların markalanmasında məhsulların sertifikatlaşdırıldığı barədə yalnış məlumatlar verildiyi aşkarlanıb.

Bundan başqa, “Sovetskiy”, “Algida” adlı dondurmanın markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi, “Bakı gecələri” adlı plombir dondurmasının çəkisindəki kənarlaşma həddinin normativ-texniki sənəddə nəzərdə tutulmuş həddən artıq göstərildiyi müəyyən edilib.

Qeyd edək ki, nazirlik bundan əvvəl  “S.A.B.A. Şirkəti” MMC-yə  və “AER” şirkətinə məxsus istehsal müəssisələrində yoxlama aparmış, “Flaminqo”, “Oazis”, “Oreşek”, “Çornoye zoloto”, “Lipetskiy”, “Maqnat”, “Komandor”, “Daşa”, “Belıye noçi”, “Mitya”, “Boqatır”, “Perezaqruzka”, “Plombir”, “Lubimım”, “Piramida”, “Lakomka”, “Maqnuliya”, “Beloçka”, “Snequroçka”, “Cornella”, “Zimaletta”, “Sfinks”, “Anata”, “Ptiçye moloko”, “Futik”, “Vernisaj”, “Oryol”, “Aysberq”, “Klimanka”, “Zimuşka-Zima” dondurmaların markalanmasında, hazırlanmasında nöqsanlar aşkarlamışdı.

Nazirlik xəbərdarlıq edir ki, baş vermiş nöqsanlara görə cərimələr tətbiq edilir.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə