Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıya gələcək ermənilərə “sürpriz” hazırlanır
Bakıya gələcək ermənilərə “sürpriz” hazırlanır
23 İyun 2014 / 15:25 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

“Bu dəfə ermənilərin Bakıya gəlməsinə reaksiyamız daha kəskin və sərt olacaq. İndiyə qədər olan etirazlarımızın daha yüksək və görünməmiş formasını seçəcəyik”.

Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı mediaya açıqlamasında, iyunun 27-də ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü yay sessiyasına erməni deputatların da qatılmasına münasibət bildirərkən deyib.

QAT sədri qeyd edib ki, Bakıda keçirilən NATO PA-nın seminarı zamanı onların etirazı bir qədər yumşaq oldu: “Cəmiyyətdə də belə fikirlər yaranıb ki, ermənilər gəlsin, bizim uğurları görsünlər. Biz sözümüzü deyək, qansalar da, qanmasalar da, özləri bilər. Amma onlar gəldilər və özlərini çox həyasız formada göstərdilər. Restoranlarda oturdular, şəhəri gəzdilər. Gedəndən sonra da Azərbaycan haqda ağızlarına gələni danışdılar.

A. Nağı deyib ki, onların məqsədi ermənilərin ayağını Bakıdan kəsməkdir.
“Ona görə də bu dəfə daha fərqli, görünməmiş etiraz edəcəyik. İndidən heç nə demək istəmirəm, zamanı gələndə hər kəs görəcək. Böyük “sürprizimiz” olacaq”,– deyə təşkilat sədri bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə