Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şeyx “Azərbaycanda sünnilər, şiələr və digər cərəyan nümayəndələri qardaş kimi yaşayır”
Şeyx “Azərbaycanda sünnilər, şiələr və digər cərəyan nümayəndələri qardaş kimi yaşayır”
23 İyun 2014 / 16:35 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

“Dünyada iğtişaşlar yaranıb. Məzhəb adından istifadə edirlər. Allahu Əkbər sədaları ilə insanı öldürürlər. Bu gün Azərbaycanda sünnilər, şiələr və digər cərəyanların nümayəndələri qardaş kimi yaşayır. Bu illərdir ki belə davam edir”.

Bunu Şeyxülislan Hacı Allahşükür Paşazadə QMİ-də keçirilən tədbirdə söyləyib. O, qeyd edib ki, Azərbaycanda uzun illər müxtəlif təriqətlərin nümayəndələrinin ibadətləri də bir yerdə olub.  “Azərbaycanlıların da xaricdə vuruşması xəbərlərini eşidirik. Biz öz vətənimizə qiymət verməliyik. Bizim dövlətimiz insanlara hər bir şəraiti yaradıb”.

O, bildirib ki, məhzəb ayrı-seçkiliyi, sünnilərə və şiələrə qarşı küfr edilməsi halları mövcuddur. “Hətta şiələr belə radikallığa gedirlər. Belə hallara yol verilməməlidir. Din xadimləri camaatı belə əmməllərdən uzaq olmağa çağırmalıdırlar”.

QMİ sədri Ramazan bayramı ərəfəsində fitrənin verilməsindən də bəhs edib. Onun sözlərinə görə, buğdanın bir kilosu 5 manatdan 10 manata qədərdir. Şeyx camaatın imkanlarını nəzərə alaraq fitrənini 5-10 manat atasında müəyyənləşdirdiklərini qeyd edib: “Buğda, arpa fitrə verilə bilər. Bir adam 5 manatdan 10 manata qədər fitrə verə bilər. Keçən illərdə bu 2-3 manat idi. Bu qiymət çox az idi. Biz özümüzü aldadırıq. Gündəlik biz 1-2 manatlıq yemək yemirik. Ona görə biz fitrəni 5-10 manat qoyduq. Bu qiymətə xurma və digər ərazaqları da almaq mümkün olacaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə