Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Onlar sabahacan vaxt verdilər. Yoxsa, Bakıda biabırçı hadisələr gözlənilir”
“Onlar sabahacan vaxt verdilər. Yoxsa, Bakıda biabırçı hadisələr gözlənilir”
23 İyun 2014 / 17:14 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

“4 aydır maaş və mükafatları almırıq. Hafiz Məmmədov bizə ayın 22-ə qədər vaxt verdi ki, gözləyin. Bu gün yenə zəng elədik. Qardaşı Zeynal Məmmədov dedi ki, pul yoxdur və olmayacaq”.

Bu barədə axar.az-a Hafiz Məmmədovun sahibi olduğu “Bakı” futbol klubunun məşqçi korpusundan adının çəkilməsini istəməyən şəxs bildirib.

Onun dediyinə görə, futbolçular sabah yenidən Hafiz Məmmədova sonuncu dəfə müraciət edəcəklər. Müraciətlərinə cavab verilməyəcəyi halda son şikayət ünvanı UEFA olacaq.

Xatırladaq ki, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Bakı” futbol klubunda 4 aydır ki, futbolçu və məşqçilər əmək haqları və mükafatlarını ala bilmirlər.

Mənbənin bildirdiyinə görə, “Bakı”nın futbolçuları pulsuz qaldığı halda Məmmədovun bir ingilis klubunu 58 milyon avroya alması onları qəzəbləndirib: “Onlar sabahacan vaxt verdilər. Yoxsa, Bakıda biabırçı hadisələr gözlənilir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə